Yodlaşdırılmış duz süfrənin əvəzolunmaz nemətidir

Yodlaşdırılmış duz süfrənin əvəzolunmaz nemətidir

6 Fevral 2023 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Adi süfrə duzundan, çəhrayı himalay duzuna qədər indi marketlərdə bir çox növlərdə duzlar var. Yemək üçün vacib olan xörək duzu, dəniz duzu, yodlaşdırılmış duz, süfrə duzu, qaya duzu kimi müxtəlif formalarda duzlar mövcuddur. Onlar bir-birinə nə qədər bənzəyir? Bəzi duz növləri haqqında daha çox təsəvvürə sahib olmaq üçün internet üzərindən mütəxəssis fikirləri ilə Siz də tanış ola bilərsiniz.

Yodlaşdırılmış duz nədir və nə üçün istifadə olunur?

Yodlaşdırılmış duz ən çox istifadə edilən və süfrələrdən əskik olmayan duz növündən biridir. Quruluşunda bol yod mineralı olan bu növ, ölçülü istehlak edildikdə qalxanabənzər vəzinin funksiyalarının düzgün işləməsinə və ürək sağlamlığının qorunmasına kömək edir. İstifadəsindən asılı olaraq yodlaşdırılmış duz ağızda bir az acı dad buraxa bilər. Və təbii ki, bişmiş yeməklərə bir çimdik duz səpərkən yodlaşdırılmış duz ideal seçimdir. Kiçik hissəciklərdən ibarət olduğu üçün yodlaşdırılmış duz bir çox reseptlərdə asanlıqla istifadə edilə bilər. Həm populyarlığı, həm də ucuzluğu yodlaşdırılmış duzu süfrənin əvəzolunmaz hissəsinə çevirir.

Dəniz duzu nədir və nə üçün istifadə olunur?

Dəniz duzlarının əksəriyyətinin quruluşu sərt olsa da, daha kiçik parçalardan ibarətdir. Ən diqqət çəkən xüsusiyyət isə təbii ki, çəhrayı rəngdir. Dekorasiya üçün üzərinə bir az duz səpilmiş peçenyeləri sınamısınızsa, yəqin ki, ağzınıza dəniz duzu gəlir. Bu növ duzdan yeməkdə istifadə etmək mümkündür, lakin çox vaxt xoş ətri səbəbindən bəzi sirniyyatları və içkiləri bəzəmək üçün istifadə olunur. Dəniz duzu həm sobada bişmiş yeməklərdə, həm də sirniyyat bişirmə tələb edən reseptlərdə işlədilə bilər. Dəniz duzundan istifadə etməklə hazırlana bilən yeməklər arasında sobada tərəvəz, kartof, şokoladlı desertlər, kofelər, burgerlər və sair göstərmək olar.

Nəticədə, onların unikal strukturları bu iki növ duzu bir-birindən fərqləndirir. Hər birinin özünəməxsus dadı və teksturası var. Əgər tez-tez yemək bişirmirsinizsə, süfrə duzu istənilən vəziyyətdə köməyinizə gələcək. Ancaq aşpazların və yemək həvəskarlarının əlində həm dəniz duzu, həm də yodlaşdırılmış duz olmalıdır. Dəniz duzu qiymətinə görə bir az lüks olsa da, lakin istifadə üçün əla olması ilə daha çox fərqlənir.

Murad Şahməmmədov