İndiki valideyinlərin çoxu uşaqlara populyar adları vermək istəyirlər

İndiki valideyinlərin çoxu uşaqlara populyar adları vermək istəyirlər

2 Fevral 2023 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ana və ata olmaq dünyanın ən gözəl və ən arzulanan hisslərindəndir. Ailəyə qoşulmaq üçün yeni üzvlər dünyaya gəldikcə onlar daha da xoşbəxtliklərini artırırlar. Bir çox ana və ata körpələrinə ad axtararkən həyəcanlanır. Ailələr körpələrinə ən gözəl və populyar adları vermək istəyirlər. Hamiləlik dövründə başlayan körpə adının müəyyən edilməsi prosesi körpə doğulana qədər davam edir. Analar və atalar Quranda ən müasir, mənalı, fərqli adlar axtarırlar. Qız və oğlan adları indiki vaxtda bəzən oxşardır. Uşaq adlarının nadir olması valideynləri çox maraqlandırır. Bu gün Sizin üçün diqqət etdiyim bəzi uşaq adlarının mənasını açıqlamaq istəyirəm.

Abad adının mənası- Sevinc, çiçəklənən, Abbas adının mənası sərt, qaşqabaqlı adam deməkdir.

Abdulbari adının mənası- Yaradan Allahın qulu kimi anlama gəlir.

Afaq - Hündür, uca.

Afiyət - Sağlamlıq, salamatlıq, sağlam olmaq.

Ağaxan - Ağa və xan adlarından törənib və ya "Qüdrətli xan".

Arəstə - Süslənmiş, bəzənmiş.

Asiya - Zəiflərə kömək edən və onları sağaldan.

Banu - Xanım.

Bədəl - Əvəz, dəyər.

Bəsti - Kifayət.

Buğday - Rəhbər, lider.

Çərkəz - Gözəl, incə.

Diana - Ilahi (Latın).

Elmar - Elin zirvəsi.

Əmirxan - Əsas rəhbər.

Firuzə - Açıq mavi rəngli qiymətli bir üzük daşı.

Həbib (Həbibə) - Sevimli, sevilmiş, sevgili, dost, əziz.

Kənan - Gözəl oğlan mənasını verir.

Sonda bütün valideyinlərə səslənərək bildirmək istəyirəm ki, övladlarınıza ad seçərkən mütləq mənasını araşdırın.

Murad Şahməmmədov