Dünyanın ən məşhur adamyeyən qəbiləsi

Dünyanın ən məşhur adamyeyən qəbiləsi

2 Fevral 2023 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Yaşadığımız dövürdə bir çox cəmiyyətlər mədəni fərqliliklərə görə adət-ənənələri, inancları ilə müasir dünyadan qurtularaq qeyri-adi həyat tərzi keçirirlər. Bu cəmiyyətlərdən biri də 70 minə yaxın insandan ibarət olan və qeyri-adi həyat tərzini qəbul etmiş Əsmət qəbiləsidir. Bu gün Sizə bu tayfa haqqında araşdırıb tapdığım həqiqətlərdən bəhs edəcəyəm. Dünyanın ən məşhur adamyeyən qəbiləsi olan Əsmətlər İrian Cayanın cənub-qərbində təxminən 25.000 kvadrat kilometr ərazini əhatə edən alçaq bir bataqlıq bölgəsində yaşayırlar. Keçmişdə hətta adlarının çəkilməsi belə qorxu yaradırdı. Onların əhalisinin təxminən 70 min nəfər olduğu təxmin edilir. Mən bu tayfa haqqında internetdə araşdırma apardığım zaman ağıla gəlməyən faktlarla qarşılaşanda dəhşətə gəldim. Bu tayfada yaşayanlar insanı öldürüb yeyəndə onun gücünü alıb ona çevrildiklərinə inanırlar. Təkcə bu yox. Eyni zamanda ad almaq üçün kimisə öldürməli, öldürdükləri adamın kəlləsini kəndlərinə gətirməlidirlər. Bu yolla onlara veriləcək adı layiq görürlər. Hökumət zaman-zaman bu qəbilə adamlarını adi tütünə alışdırdı və hətta adamyeyənlikdən və bu tip ovdan əl çəksələr, onlara pulsuz tütün verməyi belə təklif etmişdi. Hökumətin saysız-hesabsız səyləri və missionerlərin bölgədə gördüyü işlər nəticəsində Əsmətlərin pis reputasiyası tarixin tozlu səhifələrində tədricən silinib getdi.

Murad Şahməmmədov