Hollandiyanın Ommeren kəndində hamı xəzinə axtarışında

Hollandiyanın Ommeren kəndində hamı xəzinə axtarışında

26 Yanvar 08:12
55
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyanın Ommeren kəndində hamı xəzinə axtarışına qoşulub.

Oxuməni.az xəbər verir ki, bu yaxınlarda Hollandiya Milli Arxivi tərəfindən , ikinci dünya müharibəsi zamanı bir alman əsgərinin əllə çəkilmiş xəritədə, basdırılmış xəzinə məlumatlarını dərc etmişdir .

Söhbət Gelderland əyalətinin Ommeren kəndindən gedir. İndi hamı burada xəzinə axtarır, lakin hələlik xəzinəni tapmaq mümkün olmayıb.

"Bu, əlbəttə ki, bütün kəndi həyəcanlandıran heyrətamiz bir xəbər idi. Həm də təkcə bizim kəndimiz deyil, buradan olmayan digər insanlar da İndi buranı qazıyırlar”, Ommeren sakini Marko Rudvelt deyir.

Xəzinənin həqiqətən olub-olmaması məlum deyil. Yeganə ipucu İkinci Dünya Müharibəsi zamanı Hollandiyada olan, adı açıqlanmayan, bir alman əsgərinin ifadəsidir. Hollandiya hakimiyyəti onu müharibə bitdikdən sonra dindirib.

Annette Vaalkens, Hollandiya Milli Arxivinin tədqiqatçısı :

"Bu alman əsgəri ifadəsində deyir ki, 1944-cü ilin avqustunda orada partlayış baş verən zaman onun rotası Arnhemdə olub. Partlayış bankın, pulların və qızılların yerləşdiyi zirzəmidə baş verib. Əsgərlər əllərindən gələni toplayıb, silah-sursat qutusuna qoyub və onları gizlədiblər. Beləliklə, bir neçə ay keçir, amma vəziyyət getdikcə gərginləşir və əsgərlər xəzinəni elə həmin vaxt olduqları yerdə basdırmağa qərar verirlər”.

1947-ci ildə Hollandiya dövlət nümayəndələri, əsgərin çəkdiyi xəritədən istifadə edərək axtarışa başlayıblar, lakin heç nə tapa bilməyirlər.