Xoruz hücüm edərək 20 yaşlı yeniyetməni öldürdü

Xoruz hücüm edərək 20 yaşlı yeniyetməni öldürdü

19 Yanvar 15:11
95
Bəyəndim (0) Bəyənmədim (0)

Xoruz döyüşü Hindistanda hindu təqvimində mühüm yer tutan Sankranti festivalı şənliklərində ən populyar idman növlərindən biri kimi tanınır. Amma festival zamanı bəzi insanlar xoruzların ayağına bıçaq bağlamaqla idmanı çox təhlükəli edirlər. Bu ilki festivalda da qeyd etmələrindən biri olan xoruz döyüşü zamanı baş verən iki fərqli hadisə insanları heyrətləndirdi. Ayaqlarına bıçaq sancılmış xoruzlar iki nəfər tamaşaçını ayağından, digərini isə əlindən yaralayıb. Aldıqları bıçaq zərbəsi nəticəsində ağır yaralanan iki nəfər də həyatını itirib. Xoruz döyüşü zamanı Hindistanda eşidənləri heyrətə salan digər hadisə də baş verib. Andhra Pradeş əyalətində hindu təqvimində mühüm yer tutan Sankranti festivalını qeyd etmələri zamanı baş verən xoruz döyüşü ölümlə nəticələnib. Xoruzunun ayağına bıçaq bağlayan Qande Suryaprakşa Rao adlı şəxs döyüşdə gözləmədiyi bir anda hücuma məruz qalıb. Öz xoruzunun bıçaq zərbələri ilə ayağından ağır yaralanan şəxs xəstəxanada həyatını itirib. Belə ki, xoruz döyüşünü izləyən 20 yaşlı yeniyetmə məftillərdən tullanan öz xoruzunun hücumuna məruz qalıb. Xoruz tərəfindən bıçaqlanan gənc xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Murad Şahməmmədov