
3 uşaq anası olan kişi 4-cü övladını dünyaya gətirəcək
Amerikalı Tomas əslində sözün əsl mənasında kişi də sayıla bilməz, çünki cinsin dəyişdirilməsi məqsədilə cərrahiyyə əməliyyatlarına məruz qalmış Tomas əvvəllər qadın olub.
Milli.Az CNN-ə istinadən bildirir ki, 10 il əvvəl Nensi ilə evlənmiş Tomas Biti üç uşaq atası və eyni zamanda, anasıdır. Çünki övladlarının hamısını arvadı yox, o doğub.
İndisə Tomas arvadından boşanmağa hazırlaşır. Eyni zamanda, Tomas hamilə olduğunu və 4-cü övladını dünyaya gətirəcəyini də söyləyib.
2003-cü ildə Nensi ilə evlənmiş Tomas 2008-ci ildə Ostini, sonra isə Censen və Syuzanı dünyaya gətirmişdi.
The Sunday Times-a verdiyi açıqlamasında Tomas Biti bildirib ki, Nensi ilə münasibətlərə son qoyub, Ember Nikolas adlı qadınla yaşamağa başlayıb.
15 il əvvəl cinsini dəyişdirmiş Tomas This Morning proqramında isə söyləyib: "Emberlə bəxtəvərik. Yeni övlad doğmaq fikrindəyəm. Ata kimi hamilə qalmaq mənə həzz verir".
ABŞ-ın Arizona ştatında yaşayan Tomas boşanmaq üçün məhkəməyə müraciət edib.
O.M.