12 dəqiqə ərzində 191 qanad yedi!

12 dəqiqə ərzində 191 qanad yedi!

4 Sentyabr 2012 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da yemək üzrə növbəti çempionat keçirilib. Bu dəfə iştirakçılar toyuq qanadları yemək üzrə yaraşıblar. Baffolloda keçirilən yarışda Kaliforniya sakini Con Çestnat qalib olub. O, 12 dəqiqə ərzində 191 qanad yeyib. Beləliklə Con ötən il 183 qanad yeyən "Qara dul" ləqəbli Sonya Tomasın rekordunu qırmış oldu.
Belə qısa zaman ərzində bu qədər çox yeyən gəncin səhhəti haqqında isə məlumat verilmir. Qeyd edək ki, o, kəskin iştahası ilə fərqlənib. Belə ki, bunadək Con 6 dəfə hot-doq yemək üzrə də çempion adını qazanıb. Bu zaman o 10 dəqiqə ərzində 68 hot-doq yemişdi. Con həmçinin Amerikanın yemək yarışlarının bir nömrəli iştirakçısıdır.

O.M.