11 aylıq körpələr internetdə məşhur oldular

11 aylıq körpələr internetdə məşhur oldular

3 Sentyabr 2012 13:51
Bəyəndim (0) Bəyənmədim (0)
Amerikalı azyaşlı əkizlər internetdə ən çox izlənənlərin siyahısına düşüblər.

ANS PRESS-in məlumatına görə, buna səbəb onların rəqsidir. Belə ki, "YouTube" videoportalına yüklənən video milyonla insan tərəfindən izlənib. Videoda tək yumurta əkizləri yeməklərini bitirəndən sonra atalarının gitarada ifa etdiyi musiqiyə uyğun rəqs edirlər. Körpə masasında olan əkizlər musiqi səsi eşidən kimi bir birinin üzünə baxırlar. Sonra isə rəqsə başlayırlar.

O.M.