
Əriştə hazırlayan robotlar-VİDEO
Oxumeni.az xəbər verir ki, Çində ixtira edilən bu robotlar əriştə hazırlayır. İnsanlar üçün yorucu olan bu işi artıq robotlar görür. Dilimlənmiş əriştələr restoranlara verilir və burada əriştədən yeməklər hazırlanır. Restoran əməkdaşları robotlardan razıdır, belə ki onlar robotların bu işi insanlardan daha yaxşı gördüklərini və daha ucuz başa gəldiyini deyirlər. Əriştə hazırlamaq üçün əgər bir aşbaza illik 4700 dollar xərclənirsə, bu rəqəm robotlarda 1500-ə dəyişir. Buna görə də, robotların işi daha sərfəli olur.
Günay Səfərli
O.M.
Digər xəbərlər