Dünyanın ən uzun avtobusu

Dünyanın ən uzun avtobusu

23 Avqust 2012 20:44
Bəyəndim (0) Bəyənmədim (0)
256 kresloya malik olan 30 metr uzunluğunda avtobus Almaniya istehsalıdır.

"Die Autotram Extra Grand" adı verilən dünyanın ən uzun avtobusu Almaniyanın Drezden şəhərində Fraunhofer Nəqliyyat İnstitutu ilə Drezden Texniki Universiteti tərəfindən istehsal edilib. Sıravi bir avtobus şoferi tərəfindən idarə edilə biləcək bu avtobus payızdan etibarən Drezden şəhərində xidmət göstərməyə başlayacaq. Qatar və tramvaya görə xərci daha aşağı olan "Die Autotram" eyni zamanda ekologiyaya zərərsiz olan bir mühərrikə sahibdir. Avtobusun Drezden şəhərində normal trafikdə testləri müvəffəqiyyətlə keçəcəyi bildirilir.

Almaniya dünyanın ən uzun avtobusuna Hindistan, Çin, Rusiya və bəzi Ərəb ölkələrinin maraq göstərəcəyini düşünür. Dünyanın ən uzun avtobusunun dəyərinin 3.4 milyon avro olduğu da bildirilib.

Günay Səfərli

O.M.