Həyat yoldaşını yolda unutdu

Həyat yoldaşını yolda unutdu

27 Dekabr 2022 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Tailanddan olan 55 yaşlı Boontom Chaimoon və həyat yoldaşı 49 yaşlı Amnuay Chaimoon yeni ili qarşılamaq üçün doğulduğu Maha Sarakham əyaləti istiqamətidə yola çıxbılar.

Boontom yolda tualetə gedəndən sonra arvadını yanacaqdoldurma məntəqəsində unudub. Cütlük tualet ehtiyaclarını qarşılamaq üçün yanacaqdoldurma məntəqəsində dayanıblar. Boontom arvadının maşında olduğunu düşünüb və onsuz yoluna davam edib. Amnuay geri qayıdanda ərini axtarmaq üçün Kabin Buri ərazisinə 20 kilometr piyada getməli olub. Avtomobildə cib telefonunu çantasında unudan qadın yerli polis bölməsinə gedərək kömək istəyib.

Murad Şahməmmədov