Yadplanetlilər barəsində maraqlı iddialar

Yadplanetlilər barəsində maraqlı iddialar

22 Dekabr 2022 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün sizlərə yadplanetlilər barəsində qısa fikirlərimi bildirmək istəyirəm. Uşaqlıq illərində səmada yad cism görən kimi, qışqırardıq ki, tez olun qaçın uşaqlar indi “Tarelka” sizi oğurlayacaq. Zaman keçdikcə müxtəlif bu cür oxşar hadisələr maraq dairəmizdə olub.

Həmişə xəyallarımızda böyük yadplanetlilərin, sonsuz kosmosdakı hansı əhəmiyyətli varlıq kimi olması hamımızı düşündürüb. Bəlkə də onlar səmada hərdənbir görünməklə bizə nəsə çatdırmaq, demək istəyirlər. Yadplanetlilər üçün adi sayılan şeylər, insanların möhtəşəm bir fantaziyasıdır. Əslində, bu, onları ağlasığmaz miqyaslı bir dramın əsas oyunçularına çevirir. Bəlkə də biz yadplanetlilərlə müqayisədə bütün sahələrdə çox geridə olduğumuz üçün hələ də onlar bizim üçün əlçatmazdırlar. Bütün zamanlarda olduğu kimi, bu gün də insanlar fikirlərində fərqlilik nümayiş etdirirlər. Yad planetlilərin mövcud olmasına inananlar və inanmayanlar. Müxtəlif vaxtlarda bu naməlum varlıqlar barəsində yerli və dünya mətbuatında bir çox məlumatlar, fotolar, videolar dərc olunub. Yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən bəzi insanların başlarına gələn hadisələrələ siz də tanış olun.

Gundiah Makkay - Emi Raylan qaçırılan zaman 22 yaşında idi. Avstraliyada yaşayan Eminin 2001-ci ildə gecə saat 12 radələrində həyat yoldaşının gözləri önündə qaçırıldığı iddia edilir. Dərhal polisə zəng edən həyat yoldaşını ciddiyə almayıblar. Söylədiklərinin yalan olduğunu deyiblər. Ardından onun həyat yoldaşına bir telefon zəngi gəlib. Zəng edən bir xəstəxana işçisi idi. O, Eminin halının pis olduğunu və xəstəxanaya gətirildiyini deyib. Lakin bu necə ola bilərdi.

Barni və Betti Hill - 1961-ci ildə Niaqara şəlaləsinə gəzintiyə çıxan cütlük geri dönərkən açıq sahədə parıldayan bir işıq gördüklərini iddia edirdi. Avtomobildən enən Barni insana bənzər 11 nəfəri gördüyünü də söyləyib. Oradan tez bir şəkildə uzaqlaşmağa çalışan cütlük 4 saatlıq yolu tam 7 saata gəldiklərini də izah edirdilər. Evə döndüksə isə paltarlarında müxtəlif yerlərdə deşiklər və üzərlərində çəhrayı rəng toz var idi. Cütlük həmin məxluqların iynələrlə onların vücudlarından nümunələr alındığını xatırlayır.

Travis Valton - 1975-ci ilin dekabrında Arizonada 6 meşə işçiləri, iş yoldaşalrı Travis Valtonun meşədə yad planetlilər tərəfindən qaçırıldığını polisə bildirmişdi. Polis isə həmin 6 nəfəri Travisi öldürüb meşədə basdırdıqlarını düşünüb onları həbs etmişdi. Ancaq Travis 5 gün sonra ortaya çıxdı və həqiqətən də yadplanetlilər tərəfindən qaçırıldığını dedi. Travis xatırladıqlarını bu cür izah edib: “Bir masada uzandığımı xatırlayıram. Başımın üstündə balaca və keçəl varlıqlar var idi. Daha sonra üzümə bir qaz maskası taxdılar. Özümdən getmişəm, ondan sonrasını xatırlamıram. Xatırladığım son şey yol kənarında oyanmağımdır”.

Bütün bu şahid ifadələrini əsas götürərək deyə bilərəm ki, bu gün insan övladının mənimsədiyi elm və texnologiyalar hələ də naməlum varlıqlar haqqında olan faktları dəqiqləşdirmkədə acizdir. Ancaq bu varlıqların mövcudluğu haqqında gələcəkdə nələrinsə geniş şəkildə təsdiqini tapacağına çox inanıram. Bax onda bəzi şahidlərə ruhi xəstədir, sayıqlayır deyənlər, vicdanları qarşısında çox utanacaqlar.

Murad Şahməmmədov