Onun vücudunda tük əvəzinə dırnaq çıxır
Dünyada qəhrəmanımızdan bir dənədir...
Amerikada keçirdiyi allergik xəstəlikdən sonra vücudunda tük yerinə dırnaq çıxmağa başlayan Şanya İsom həkimləri təəccübləndirdi. Memfis şəhərində yaşayan qəhrəmanımız 3 il əvvəl allergik xəstəlik keçirib. Həmin vaxtdan bu yana onun vücudu tük əvəzinə dırnaqla örtülməyə başlayıb. Və nə yazıq ki, həkimlər onun dərdinə çarə tapa bilmirlər. 28 yaşlı İsom yaşadıqlarını "Daily Mail" qəzetinə danışıb: "Tüklərin yerinə çıxan dırnaqlar dərimin nəfəs almasına imkan vermir. İlk vaxtlar ayağa belə qalxa bilmirdim, lakin indi ailəmin sayəsində az-az yeriyə bilirəm. Bizim çox borcumuz var. Mənə elə gəlir ki, dünyada bu xəstəliyin yeganə daşıyıcısı var – o da mənəm!"
Günel Həbib
O.M.
Digər xəbərlər