“Əsgərlik” haqqında bilmədikləriniz
Hərbi xidmət keçməyən insanların bəzən bu mövzdan söhbət düşəndə, çox maraqla dinlədiklərinin şahidi olmuşam. Görəsən xidmət dövründə nə baş verir ki, həmişə dəfələrlə olub keçənləri xatırlasaq da yenə də təkrar-təkrar danışırıq. Əslində doğurdan da “əsgərlik” əsl kişilik məkdəbidir. Bütün bu söhbətlərə aydınlıq gətirmək üçün öz hərbi xidmət dövrüm haqqında Sizlərə qısa məlumat vermək istədim. Belə hesab edək ki, özümdən müsahibə alıram. Xidmət dövrünün ilk günündən başlayaraq, sonuna qədər xatırlamağa çalışacağam. Əvvəla qeyd edim ki, ailəmizin tək oğlan övladı olduğum üçün bir çox valideyinlər kimi mənim də valideyinlərim xidmətim üçün çox narahat idilər. Yadımdadır 2001-ci ildə ali təhsilimi başa vurduğum il, iyul ayında mənə çağırış vərəqəsi gəlmişdi. Valideyinlərin nə qədər narahat olsalar da, mənə el adəti ilə yeyib-içmək məclisi təşkil edib, xeyir-dua ilə yola saldılar. O vaxt bütün çağırışçılar Biləcəridə yerləşən paylaşım məntəqəsinə yığılırdılar. Mən valideyinlərimlə birlikdə ora çatanda məlum oldu ki, məni xidmət keçmək üçün Sərhəd Qoşunlarına təyin ediblər. Nəzərinizə çatdırım ki, o zaman Sərhəd Qosunları indiki Dövlət Təhlükəsizlik Xidmətinin tabeliyində idi. Yadımdadır məni və bir neçə nəfər çağırışçını xüsusi maşınla Sərhəd Qoşunlarının Nərimanov rayonu ərazisində yerləşən hərbi hissəsinə gətirdilər. Burada bir məqamı da qeyd edim ki, valideyinlərimin məni Biləcəridən yola salmağına baxmayaraq, avtomobillə hələ də bizi aparan hərbi maşını müşayiət edirdilər. Biz hərbi hissəyə çatan kimi əynimizdəki mülki geyimi təhvil alıb, bizə hərbi formalar payladılar. Düzdür ali təhsil aldığım dövürdə hərbi dərslər keçsəm də, birinci dəfə idi ki, hərbi forma geyinirdim. Bu mülki həyatdan ayrılan bir insana doğurdan da, çox kövrək anlar yaşadırdı. Sonra qrafikə uyğun olaraq bizə nahar yeməyi verib, bildirdilər ki, Siz karantin dövrünü Nefçala rayonundakı hərbi hissədə keçmək üçün bir azdan yola düşəcəksiniz. Bizə valideyinlərimizlə xudafizləşmək üçün 10-15 dəqiqə vaxt verdilər. Düzü ata-anam məni bu geyimdə görəndə bir az kövrəlmişdilər. Nəsə, hərbi maşın karvanı ilə yola düzəldik. Hələ irəlidəki çətinliklərdən xəbərsiz, uşaqlarla zarafat edə-edə gəlib çatdıq Nefçala şəhərinə. Daha sonrakı vəziyyət haqqında Sizləri yormamaq üçün qısa anladacağam. Günün norma qaydaları, sıra hazırlığı, atəş hazırlığı, ağır təlimlər, səhra şəraitində döyüş hazırlığı və Nefçalanın qızmar yayı mənim çəkimdən düz 7 kq azaltmışdı. Etiraf edim ki, şəhər həyatdan təzə ayrılan hər bir adam üçün çox çətin mərhələdir. Təzə-təzə xidmətə alışmışdıq ki, dedilər gələn həftə andiçmə mərasimi keçiriləcək və sonra ayrı-ayrı hərbi hissələrdə xidmətinizə davam edəcəksiniz. Andiçmə günü gəlib çatdı. Bütün bölüklək hərbi andı qəbul etmək üçün meydanda sıra qaydalarına uygun şəkildə düzülmüşdülər. Bütün əsgərlərin gözü andiçmə mərasiminə gələn valideyinlərini axtarırdı. Mən də çox axtarışdan sonra atamı uzaqdan da olsa tapa bildim. Hərbi andı qəbul edib, dəstələr şəklində tribunanın qarşısından keçəndə hiss etdim ki, bütün ziyarətçilər gözləri ilə əsgər axtarır. Amma isti yay günlərində keçrilən ağır təlimlər bizi elə dəyişdirmişdi ki, heç kim bizi uzaqdan tanıya bilməzdi. Çox çəkmədən bizə əzizlərimizlə görüşmək üçün asudə vaxt verildi. Həmin anları heç bir halda sözlə ifadə edə bilmirəm. Bir neçə gündən sonra məni xidmətimi davam etdirmək üçün Xudat şəhərində yerləşən hərbi hissəyə göndərdilər. Yeni komandirlər, yeni xidmət növləri, yeni dostlar bir sözlə bütün bu yeniliklər nə qədər çətin olsa da, mənim üçün həm də maraqlı idi. Çünki hələ uşaqlıqdan müharibə haqqında filmlərə çox baxdığım üçün, hərb sənətinə daxilimdə bir istək yaranmışdır. Nəsə çox şeylər xatırlayıb yazmaq olar, amma Sizləri yormamaq üçün yadımda qalam bir xatirəni danışacağam. 2002-ci ildə futbol üzrə dünya çempionatı keçirilirdi. Həmin vaxtı bütün əsgərlərimiz Turkiyə komandasını dəstəkləyirdi. Turkiyə komandası yarımfinala qədər gəlib çıxmışdı. Hamımız həyəcan içindəydik. Yarımfinal oyununun vaxtı isə bizim yuxu saatına düşdüyü üçün lap kefimiz pozulmuşdu. Bu cür tarixi oyunu necə izləməmək olardı. Hərbi hissənin isə öz qaydaları var idi. Heç kəs onu poza bilməzdi. Bir bölük əsgərlə qərara gəldik ki, necə olursa olsun bu oyunu izləməliyik. Bir də ki, bu qədər əsgərin hamısını qauptvaxta (cəza yerinə) salmazlar yəqin deyə fikirləşdik. Növbətçilər gənc əsgərlər olduğu üçün onları başa saldıq ki, narahat olmayın bir porblem yaransa biz həll edəcəyik. Qisası hamı yatdıqdan sonra, planlaşdırdığımız qaydada dəhlizdə olan televizorun səsini bağlayıb, bölüklə birlikdə futbolu seyr etməyə başladıq. Türkiyə komandasının qolundan sonra xidmətdə olduğumuzu unudub, qışqırmağa başladıq. Bir anda səsimizin yüksək sədaları hərbi hissədəki sakitliyi pozdu. Hərbi hissəni həyəcan komandası ilə ayağa qaldırdılar. Bizim bölük daxil olmaqla bütün hərbi hissəyə səhərə qədər təlim meydanında sıra hazırlığından praktiki məşğələlər keçdilər. Nəsə o gecə Turkiyə komandası finala biz isə yataqxanaya qalxa bilmədik.
Xatırladım ki, bütün bu danışdıqlarım sülh dövründə hərbi xidmətlə bağlıdır, döyüş şəraitində qaydalar tamamilə başqa cür olur.
Murad Şahməmmədov