Bəşər tarixində ən qanlı müharibə
İkinci Dünya Müharibəsinə başlayanda Berlinin bombalanacağına Hitler heç vaxt inanmazdı. Berlinə ilk bomba 1940-cı ildə düşmüşdür. Elə bu hadisədən dərhal sonra Hitler şəhərdə min bunkerin tikilməsini göstəriş verir. Sığınacaqların tikintisində almanlar iştirak etmirdilər. Hitlerin göstərişi ilə orada rus və digər xalqlardan olan məcburi işçilər çalışırdılar. Ümumi əhali üçün tikilən bunkerlərin beton divarının qalınlığı iki metr, Hitler üçün isə xüsusi tikilən bunkerin beton divarının qalınlığı isə 2,8 metr olmuşdur. Nəzərə alsaq ki, o zaman ən böyük bombanın çəkisi 500 kiloqram idi və Hitlerin bunkerinə belə bomba atılsaydı bu ancaq 1,5 metrlik bir çuxur yarada bilərdi, bu da bunker üçün heç bir təhlükə yaratmırdı.
Tarixi hadisələrlə dolu olan Berlində İkinci Dünya Müharibəsinin ən şiddətli qarşıdurmaları baş verib. Müharibə zamanı ABŞ və Rusiya əsgərləri bu şəhərdə üz-üzə gəliblər. Bütün bunlar Berlinin nə qədər qaranlıq bir tarixə malik olduğunu göstərir. Ancaq Hitler Bunkerini ziyarət edənlər bu müharibənin qədər ağır keçdiyini tam hiss edə bilərdilər.
Bildiyiniz kimi Hitler 1945-ci ilin yanvar ayından bunkerdə məskunlaşmışdır. Daha sonra Hitler sevgilisi Eva Braunu bunkerə aparır, onun ardınca köməkçisi Martin Bormann, təbliğat naziri Cozef Göbbels və katibi Traudl Jungeni də orada yerləşdirir. Müharibədə məğlub olduğunu anlayan Hitler 30 aprel 1945-ci ildə sevgilisi Eva Braunla birlikdə intihar edir. Sovet ordusu müharibənin sonunda Hitlerin bunkerini partlatmaq istəyir. Yalnız havalandırma qüllələrini və qəza çıxış qapılarını partlayış zamanı zədələyə bilirlər. Sonradan Berlin administrasiyası bunkeri ikinci dəfə partlatmağa cəhd edir, lakin buna nail ola bilmir. 1980-ci illərin sonunda bunkerin divarları sökülərək içərisi torpaqla dolduruldu. Almaniyanın yenidən birləşməsindən sonra bunker neonazilərin ziyarət yerinə çevrilməməsi üçün yenidən hamarlanır.
Əlavə olaraq bildirim ki, müharibənin son həftələrində bunkerə nə hava, nə də su vurulmurdur. Elektrik xətləri tamamilə kəsilmişdi. Çöldəki bomba yağışından ölən insanlardan daha çoxu içəridə hava çatışmazlığından dünyasını dəyişmişdi. Amma insanlar yenə də çöldəki göydən tökülən bomba yağışında ölməkdənsə, içəridə boğularaq ölməyə üstünlük verirdilər. Ən dəhşətli hadisə müharibənin bitməsinə bir neçə gün qalmış baş vermişdi. Berlini mühasirəyə alan sovet ordusunun tunellərdən şəhərə daxil olacağından qorxaraq bunkerdəki insanlara dərhal bunkeri boşaltmaq və tunellərdən keçərək qaçıb xilas olmaları tapşırılmışdı. Sovet əsgərlərinin tunelə girməsinin qarşısını almaq üçün bəzi giriş kanalları partladılır və su tunelə yönəldilir. İnsanlar tuneldə qəfil daşqınla üzləşirlər və çıxılmaz vəziyyətə düşürlər. Yüzlərlə insan bu daşqınlar nəticəsində ölür.
Ümumi olaraq statistikaya görə Hitler Almaniyasının Polşaya hücumu ilə başlayan İkinci Dünya Müharibəsində cəmi 61 ölkə iştirak edib. Bu müharibədə 1.7 milyard insan iştirak edib. Əsas döyüş əməliyyatları 40 ölkənin ərazisində aparılıb. 1939-cu il sentyabrın 1-dən başlayaraq, 1945-ci il sentyabrın 2-nə kimi davam edən müharibə müddətində 71 milyondan artıq insanın həlak olduğu iddia edilir. Bu müharibədə Azərbaycan da SSRİ-nin tərkibində müttəfiq kimi iştirak edib. Hesablamalara görə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Bunlardan 300 min nəfəri həlak olub. Cəbhəyə gedənlərin yarısı qayıtmayıb. Bu müharibə bəşər tarixinin ən qanlı müharibəsi hesab edilib.
Murad Şahməmmədov