Əgər kişi bütün xərcləri üzərinə götürə bilmirsə, elə kişi mənə lazım deyil

Əgər kişi bütün xərcləri üzərinə götürə bilmirsə, elə kişi mənə lazım deyil

8 Dekabr 2022 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial media hesabında izləyicilərinə verdiyi münasibət məsləhətləri ilə tez-tez gündəm olan Esra Ezmeci qatıldığı canlı yayımda “Hesabı verməyən adama hörmət edilmir” deyərək müzakirələri qızışdırıb. Qısa müddətdə sosial mediada gündəmə gələn Ezmeciyə izləyicilərdən çoxlu reaksiyalar gəlməyə başlayıb. “Əgər kişi bütün xərcləri üzərinə götürə bilmirsə, elə kişi mənə lazım deyil”, - deyə o bildirib. Beyaz TV-də yayımlanan proqrama qonaq olan Esra Ezmeci qadınlara məsləhətlər verərək, kişiləri qəzəbləndirəcək açıqlamalarla yadda qalıb. Yığıncaqlarda hesabı kişilərin ödəməsi lazım olduğunu qeyd edən Ezmeci, “Hesab gələndə de ki, “Gəl canım, hesab gəldi, mənim yanımda pul yoxdur, onsuz da ödəməlisən” kişi sənin üçün heç məsuliyyət daşımır, əgər kişi maddi öhdəliklərini yerinə yetirmirsə, deməli mənim ona kişi kimi hörmətim yoxdur” , - deyə bildirib. Əgər kişi yemək pulunu belə ödəməkdən çəkinirsə, bu mənim həyatıma nə gözəllik qatacaq? Kişi həmişə sərmayə qoyduğu, pul xərclədiyi qadını unuda bilmir və onu daha çox sevir. Pul yoxdursa, deməli sevgi də yoxdur.

Murad Şahməmmədov