Bayramda nələrə diqqət yetirməliyik

Bayramda nələrə diqqət yetirməliyik

5 Dekabr 2022 09:16
Bəyəndim (7) Bəyənmədim (0)

Artıq bu ilin də sonuncu ayını yaşamaqdayıq. Hər il dünyada əksər insanlar dekabrın 31-dən yanvarın 1-nə keçən gecəni böyük sevinc və ümidlərlə qarşılayırlar. Yeni il əsrlərdən bəri Azərbaycan xalqının da əziz bayramlarından birinə çevrilib. Soydaşlarımız bu bayrama yüksək səviyyədə hazırlaşır, həvəslə bayram süfrələri açırlar. Yeni il qabağı bir çox evlərdə nəsə dəyişiklik prosesi hiss olunur. Evinizdə qeyri-adi bayram şənliyi üçün Sizə bəzi tövsiyələrim var.

Ləzzətli yeməklər və bayram hazırlıqlarına necə başlamaq istərdiniz? Pəncərələrdən asılan ulduzlu işıqlar, quru ağac budaqlarını bəzəyən meyvə dilimləri, naxışlı şirniyyat məmulatları və ətrafda yanan ətirli şamlar... Ailənizlə bilikdə mətbəxdə hazırladığınız şirniyyatların dəyəri əvəzsizdir. Xüsusi hədiyyə qutuları ilə öz əllərinizlə hazırladığınız şirniyyatları qablaşdırmağın ayrı ləzzəti var. Hədiyyənin qablaşdırılmasını rahat şəkildə etməniz üçün özünüz üçün kiçik bir hazırlıq sahəsi ayırın. Hər bir sevdiyiniz insan üçün imkanınız daxilidə bir hədiyyə paketi hazırlayın. Bacarıqlarınızı göstərin. Yeni ildə mükəmməl olmaqdan narahat olmayın! Sadəcə özünüz olmaqdan həzz alın. Məsələn, zövqünüzə uyğun balaca topları seçib, lentə bağlayıb qapınıza asa bilərsiniz. Bayram qabağı yaxın qohumlarınız və dostlarınızla görüşə bilməsəniz də mütləq zəngləşin. Əgər uşaqları sevindirmək üçün evinizə şaxta baba dəvət edə bilmirsinizsə, onda mütləq şaxta babanı uşaqlara hiss etdirmədən özünüz əvəz edin. Çalışın ki, xəclərinizi büdcənizə uyğun şəkildə formalaşdıra biləsiniz. Bayramdır deyə əlavə məsrəf etməyin. Çünki ilin axırıdır, dünyanın axırı deyildir.

Murad Şahməmmədov