Polislər sosial şəbəkələri indi daha tez araşdıra bilir

Polislər sosial şəbəkələri indi daha tez araşdıra bilir

30 Noyabr 2022 15:17
186
Bəyəndim (0) Bəyənmədim (0)

Facebookda diqqətsiz bir yazının, Twitterdə intiqam dolu bir tvitin və ya Teleqramda abunə sayı çox olan bir qrupun nələrə qadir olması haqqında heç fikirləşmisiniz?

Son on il ərzində sosial media istifadəçilərinin sayı artıb. İnsanların yüzdə yetmişnin, hər on nəfərdən yeddisinin, bir və ya daha çox sosial media hesabı var. Təkcə Facebookun 320 milyondan çox istifadəçisi var. Sosial media platformaları bizim hüquq-mühafizə orqanlarını anlama tərzimizi dəyişir. Daha konkret desək, sosial media hüquq-mühafizə orqanlarında ictimaiyyətlə bağlı məlumatlara görünməmiş çıxış imkanı verib. Facebookda baş verən hadisələr haqqında real vaxt rejimində polisin ictimaiyyətlə ikitərəfli ünsiyyət imkanı yaranır.

Polis sosial medianı hüquq-mühafizə orqanlarında araşdırmalar üçün ən səmərəli məlumat mənbələrindən biri olduğunu sübut edən yeni cinayətkarlıqla mübarizə vasitəsi kimi görür.

Müstəntiqlər indi daha mürəkkəb proqram təminatından istifadə edərək şəbəkədə müntəzəm olaraq çoxsaylı və hərtərəfli axtarışlar aparırlar. Onların apardıqları axtarışlar çox sürətlidir. Hesablamalara görə, polis çoxlu sayda cinayət araşdırmalarında müxtəlif sosial media formalarından istifadə edir. Digər hüquq-mühafizə orqanları əməkdaşları müxtəlif növ araşdırmalar zamanı sosial mediadan kəşfiyyat məlumatı toplamaq üçün də istifadə edirlər.

Həmin əməkdaşlar etiraf edirlər ki, sosial media onlara cinayətləri daha tez açmağa kömək edir. Bəziləri bunu polisin gələcəyi adlandırır. Hüquq-mühafizə orqanları mürəkkəb məlumat bazalarından istifadə edərək sosial şəbəkələrdən bəzi məlumatları birləşdirir və sonra yüksək sürətli kompüter proqramlarından istifadə edərək məlumatları təhlil edir və şübhəlilər arasındakı əlaqəni yoxlayır, sonra isə nəticəyə görə hərəkət edirlər. Mən oxucularıma məsləhət görürəm ki, hər dəqiqləşməmiş məlumatı paylaşmayın. Ola bilsin cinayət tərkibli paylaşımlarda heç bir günahınız olmasın, amma məlumatların yoxlanılması məqsədi ilə təqsirinizin olub-olmamasını aydınlaşdırmaq üçün Sizi hansısa idarəyə dəvət etsinlər. Bu da Sizin üçün əlavə vaxt itkisidir. Sosial şəbəkələrdən elə istifadə edin ki, vaxtınız boşa getməsin.

Murad Şahməmmədov