Cinsi fəaliyyət əsəblərin qorunmasında ən mühüm amillərdən biridir

Cinsi fəaliyyət əsəblərin qorunmasında ən mühüm amillərdən biridir

25 Noyabr 12:36
62
Bəyəndim (3) Bəyənmədim (0)

Mütəxəssislər bildirir ki, əsəbləşmək əslində normal bir haldır. Bu, bizim beynimizdə proqramlaşdırılmış təkamülün nəticəsidir.

Stressli bir vəziyyətə düşdüyümüz zaman bədənimizin sinir sistemi avtomatik mübarizə rejiminə düşür. Bu səbəbdən əsəbləşəndə fiziki simptomlar hiss edirik.

Əsəbi hiss etməyimizin bir çox səbəbləri ola bilər. Ancaq əsəbləriniz Sizə istədiyiniz və ya etməli olduğunuz şeyləri etməyə mane olursa, onda mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu halda Sizdə əsəb xəstəliyinin yaranmasının izləri ehtimal olunur.

Əsəblərinizin Sizi sıxdığını hiss etdiyiniz zaman özünüzə verəcəyiniz sual budur. Sakitləşmək üçün ən yaxşı şey nə ola bilər? Məsələn: Təbiət mənzərəsi haqqında fikirləşmək və onu vizuallaşdırmaq lazımdır. Bu halda əsəbləriniz qaydasına düşəcək. Bu vəziyyətdə Siz cəsarət və perspektivlik qazanacaqsınız.

Müəyyən bir fəaliyyətlə bağlı əsəbi hiss etməmək üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biri də mümkün qədər idmanla məşğul olmaqdır. Bu Sizin beyninizdəki əlaqələri gücləndircək. Bu əlaqələr nə qədər güclü olsa, Siz də özünüzü bir o qədər bacarıqlı hiss edəcəksiniz. Biz bir şey etmək barədə nə qədər inamlı oluruqsa, onu etmək də bir o qədər asan olur.

Unutmayın ki, əsəblərinizin tam qorunmasında qida və istirahət müsbət rol oynayır. Yemək və yuxu kimi əsas ehtiyacları olan hər bir insan buna xüsusi diqqət yetirməlidir. Bəzən tam yemək yemək Sizi əsəbi hiss etdirən bir hadisədən əvvəl etmək istədiyiniz son şey kimi görünə bilər. Əgər belədirsə, sadəcə banan yeyin. Bu, beyninizə yaxşı bir enerji verəcək əla qəlyanaltı yeməyidir. Kifayət qədər yuxu almaq həm də özünüzü yüksək əhval-ruhiyədə hiss etmək üçün vacibdir. Bütün bunlarla yanaşı həkimlər bildirir ki, düzgün cinsi fəaliyyət əsəblərin qorunmasında ən mühüm amillərdən biridir. Həyatınızı normal yaşayın ki, əsəb hissi yaranmağa macal tapmasın.

Murad Şahməmmədov