Qonşum getdi, mən qaldım

Qonşum getdi, mən qaldım

24 Noyabr 2022 15:25
Bəyəndim (144) Bəyənmədim (0)

Bu günkü həyatımızda əksər insanlar “Qonşum getdi mən qaldım” yaşamı ilə hərəkət edirlər. Əsilində bu amalla yaşayaraq ailəni irəli çəkə bilirsınsə, bu heç də pis sayılmır. Amma bəziləri nə yolla olursa-olsun qonşusuna çatmaq haqqında fikirləşir. Çox vaxt belə fikirlər bəzilərini cinayət tərkibli işlərdən belə çəkindirmir. İnsan övladı özünü dərk edən gündən var dövlət haqqında fikirləşir. Bəziləri də ancaq daimi olaraq qonşu milyonerin həyat tərzini araşdırır. Ümumiyyətlə hesab edirəm ki, bu cür hisslər insanlarda paxıllığ yaradır. Hətta kişilər qandınlarla müqayisədə fərqli paxıllığ nümayiş etdirirlər. Kışilər paxıllıq etdikləri insanı hər zaman üstələməyə çalışsa da, qadınlar özlərindən yüksəkdə olan xanımın etdiklərini təkrarlayırlar. Xüsusən də qadınlar belə şəxslər haqqında qeybət etməyə daha çox üstünlük verirlər.

Ağıllı insanlar orta gəlir ilə ailənin maddi ehtiyaclarını daha yaxşı idarə edirlər. Bəzilərin isə orta gəliri dəfələrlə çox olmasına baxmayaraq ailəsinin gündəlik xərclərini belə ödəyə bilmir, daima borc bataqlığında batırlar. Bax bu zaman həmin insanlar milyonların axtarışına çıxırlar. Siz elə fikrləşməyin ki, bu axtarışla ancaq bizim ölkədə yaşayan insanlar maraqlanırlar. Hətta məlumat üçün bildirim ki, zəngin olmaq mövzusunda ABŞ-da milyonçuların sayından daha çox kitab nəşr olunub və satılıb. Diqqət yetirsəniz hər zaman tez-tez işlətdiyimiz bir söz var. Hamımız bir-birimizə hər zaman cansağlığı arzulayırıq. Doğurdan da canımız sağ olmasa milyonlar da bizə lazım olmayacaq. Allah ilahi ədalətə inamımızı artırmaq üçün hər kəsə öz ruzusunu göndərib. Sizə verilən ömrü gücünüz çatdığı qədər xoşbəxt və sağlam yaşasanız özünüzü milyoner hiss edəcəksiniz.

Murad Şahməmmədov