30 il əvvəl dondurulmuş embrionlardan əkizlər doğulub

30 il əvvəl dondurulmuş embrionlardan əkizlər doğulub

24 Noyabr 2022 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

30 il əvvəl dondurulmuş embrionlardan əkizlər doğulub. Bu, yeni rekorddur

Oxuməni.az xəbər verir ki, Tennessi ştatında 30 il dərin dondurulmuş embrionlardan iki əkiz doğulub. Bu, dondurulmuş embrionların "gözlədiyi" ən uzun dövrüdür.
Embrionlar 1992-ci il aprelin 22-dən maye azotda -128C temperaturda saxlanmış və həyat qabiliyyətini itirməmişdır.
Bundan sonra onlar əridilib . Bu il oktyabrın 31-də uğurla əkiz uşaq dünyaya gətirən ana Raçel Ridgvay olub.

1200-dən çox körpənin dünyaya gəlməsinə kömək etdiyini iddia edən Milli Embrion Donor Mərkəzinə görə, Lydia-Anne və Timothy-Ronald Ridgvay yeni rekorda imza atıblar. Əvvəlki rekord 2020-ci ildə 27 il dərin dondurucuda qalmış embriondan dünyaya gələn Molly Gibsona məxsusdur.

Emin Axund, Oxuməni.az