
İnsan ölümü ekranda
12 may televiziya tarixi üçün unudulmaz tarix olacaq. Belə ki, 84 yaşlı xərçəng xəstəsinin ölümü İngiltərənin BBC kanalında yayımlanan "The Human Body" (İnsan vücudu) sənədli serialı üçün saniyə-saniyə qeydə alındı.
Adı Gerard olan xəstə uzun müddət idi ki, bu xəstəliklə mücadilə edirdi. Ancaq təəssüf ki, 1 yanvar tarixində o, gözlərini əbədi olaraq yumdu. Onun ölümü hər kiçik detalına kimi lentə alındı. Hansı ki, bu görüntülər 12 mayda efirə gedəcək canlı verilişdə yayımlanacaqdı. Kanal rəsmiləri bu ideyanın indidən səs-küy gətirməsinə, müzakirə obyektinə çevrilməsinə normal baxdıqlarını açıqlayıblar.
Canlı verilişdə ölüm kadrları maraqlı təzaddır.
Günel Həbib
O.M.
Digər xəbərlər