
Bir bədəndə iki baş!
Onların bir neçə gündən çox yaşaması gözlənilmirdi, lakin qızlar hazırda 22 yaşındadılar.
Abigail və Brittany bacıları həkimləri də yanıltdı. Onları digər qızlardan fərqləndirən yeganə cəhət eyni bədəni paylaşmalarıdır. İstedadlı qızlar ABŞ-ın Minnesota ştatındakı Bethel Universitetini yaxşı nəticələrlə bitirməyi bacarıblar, hər ikisi məzun olublar. Yoldaşları ilə Avropa səyahətinə çıxan əkizlər yaşıdları kimi telefonla tətil fotoşəkillərini çəkib sosial şəbəkədə paylaşıblar. Qızların sevimli idman növləri bovlinq, voleybol, velosiped sürmə və üzgüçülükdür. Onlar 16 yaşları tamam olduqdan sonra (Minessotada sürücülük vəsiqəsi almaq üçün lazımlı yaş həddi) müvəffəqiyyətlə imtahan verib sürücülük vəsiqəsi alıblar.
Günay Səfərli
O.M
Digər xəbərlər