
50 ildir yuxuya həsrət qalan baba
Türkiyənin Eskişehir bölgəsində yaşayan Mehmet İnanç 50 ildir ki, yuxu nədir, bilmir. Üç dəfə ailə həyatı quran Mehmet baba 1960-cı ildən bu yana yuxuya həsrətdir: "Bu günə kimi yuxusuzluğum ucbatından döymədiyim həkim qapısı qalmayıb. Bir çox testlərə məruz qalmışam. Ancaq tibb mənim xəstəliyimə çarə tapa bilməyib", - deyə 86 yaşlı baba deyib. Gecələri səhərə kimi yuxusuz qaldığı üçün o, bol-bol kitab oxuyur, namaz qılır. Həyatında bircə dəfə öd kisəsindən əməliyyat olunan Mehmet İnanç o vaxtdan bu yana dərman belə qəbul etməyib. Ona görə də qəhrəmanımız, "Çox faydalıdır. Allah hər kəsə yuxusuzluq nəsib etsin", - deyir.
Günel Həbib
O.M.
Digər xəbərlər