İçindən ele şeylər çıxdı ki...

İçindən ele şeylər çıxdı ki...

9 Avqust 2012 14:08
Bəyəndim (0) Bəyənmədim (0)
İnternetə sızan hekayənin əsl üzü

Portuqaliyada çəkilən və heyrətə gətirən bu fotolar internetə sızdıqdan sonra istifadəçilər xeyli təəccübləndilər. Bir köhnə ahırda toz-pas içində onlarla əntiq model avtomobil görünürdü. Hekayəyə görə, Nyu-Yorkdan gəlmiş yaşlı cütlük son illərini rahat yaşamaq üçün sahibi vəfat etmiş bir ərazi alır. Ərazilərini gəzdikdən sonra qapısı bağlı olan ahırı açdıqdan sonra gözlərinə inanmayıblar. Belə ki, onların qarşısına onlarla qiyməti olmayan maşın çıxıb. Bu hekayənin izinə düşən alman jurnalist Volvfqanq Blabue o məşhur ahırı tapıb. Jurnalistin yazdığına görə, ahır və maşınlarla bağlı hekayə doğrudur. Ancaq onların sahibi ölməyib, həyatdadır. Sonuncu bəyəndiyi maşınları alaraq, illərlə bu ahırda saxlayıb, bir növ kolleksiya yığıb.

Bu da jurnalistin fotoaparatının yaddaşına köçürülünən fotolar...

Günel Həbib

O.M.