Qan donduran edam avtobusu

Qan donduran edam avtobusu

9 Avqust 2012 13:59
Bəyəndim (0) Bəyənmədim (0)
Burada məhkumlar cəhənnəmin dadını görürlər

Xaricdən normal bir avtobusa bənzəsə də, bu 17 nəfərlik avtobus əslində əməliyyat otağıdır. Çində ölkənin dörd bir yanında görünən bu tip avtobuslar edam üçün nəzərdə tutulub. Bu ölkədə edam qanundan kənar hesab olunmadığından bu avtobusun içərisində ölümə məhkum olunmuş məhkumları hər vasitə ilə edam etmək mümkündür. Güllə keçirməyən – zirehli avtomobilləri ilə tanınan "Jinguan Auto" şirkəti tərəfindən hazırlanan edam avtobusu Çində məhkumların kabusuna çevrilib desək, yanılmarıq. Edam avtobusu ilə bağlı bəzi bilgilər əldə edən insan haqları təşkilatları şokdadırlar. Belə ki, məhkuma huşunu itirəcək üç iynə (nəfəsini kəsmək, ürəyinin fəaliyyətini dayandırmaq, huşunu itirmək) vurulur. Məhkumun sağlamlığında heç bir problem yoxdursa, onun orqanları götürülür və dərhal avtobus ölkənin xəstəxanalarına tərəf üz alır. Bu orqanlardan Çinə orqan nəqli üçün üz tutmuş əcnəbilərin də istifadə etdiyi məlumdur.

Günel Həbib

O.M.