Alimlər "əbədi həyata pəncərə" açdı: gənclikdə qəbul edilən preparat buna kömək edəcək...

Alimlər "əbədi həyata pəncərə" açdı: gənclikdə qəbul edilən preparat buna kömək edəcək...

25 Sentyabr 12:48
255
Bəyəndim (0) Bəyənmədim (0)

"50 ildən artıqdır təbabətdə istifadə edilən preparat qocalığa qarşı potensial təsirə malikdir..."

"Bu preparat antibiotik kimi kəşf edilib, immunosupressor kimi, daha sonra şişəleyhinə terapiyada istifadə edilib, indi isə ömrü uzatmaq şansına malikdir..."

Əbədi həyat eliksirinin axtarışı yeni mövzu deyil, lakin bu gün alimlər sanki əbədi həyata pəncərə açıb- yeni təqdiqat göstərib ki, gənclikdə yaşəleyhinə qəbul edilən preparat həyatı uzatmağın ən səmərəli üsuludur.

Oxuməni.az xəbər verir ki, bu barədə "New Atlas" tibbi jurnal yazıb.

Almaniyanın Maks Plank adına qocalığın biologiyası İnstitutundan olan tədqiqatçılar qrupu diqqəti rapamitsin adlı preparatın öyrənilməsi üzərinə yönəldib. Bu preparat təbabətdə 50 ildən artıqdır ki, istifadə edilir.

Rapamitsin mürəkkəb tarixə malik preparatdır. Antibiotik olaraq kəşf edilən bu preparat tezliklə immunosupressora çevrilib, sonradan o, şişəleyhinə terapiyada istifadə edilib, indi isə "qocalığa qarşı" potensial preparat kimi nəzərdən keçirilir.

Preparatın son üç tətbiq dairəsi onunla bağlıdır ki, hüceyrələrdə onları inkişafa çoxalmağa, enerji istehsal edib ehtiyat yaratmağa sövq edən TOR zülal kompleksini bloklayır. Bütün bu proseslər hüceyrədaxili zibilin toplanmasına gətirib çıxarır, ona görə də TOR-un blokadası, əksinə, hüceyrə həyatının tempini aşağı salır və qocalığı uzaqlaşdırır.

Tədqiqatçılar sual edib: erkən yaşlarda müəyyən məqamlarda rapamitsindən qısa dövr üçün daha az dozadan istifadə etməklə həyatın uzadılması üstünlüklərinə nail olmaq mümkündürmü?

Alimlər ilk təcrübəni döl milçəklər üzərində aparıb, onların ömrünün az olması səbəbindən məhz yaşəleyhinə tədqiqatlarda istifadə edilir.

Nəticələr alimləri ümidləndirib, heç demə rapamitsini milçəklərə həyatlarının ilk günlərində yeridilməsi ömürlərinin sonunadək yeridilməsi qədər effektlidir.

Eyni zamanda, alimlər müəyyən edib ki, preparatın həyatın gec dövründə yeridilməsi o qədər effektli olmayıb. Rapamitsinin daha gec dövrdə yeridilməsi isə, ümumiyyətlə, nəticəsiz qalıb.

İlk nəticə əldə etdikdən sonra alimlər ikinci mərhələyə-laborator siçanlar üzərində təcrübələrə keçib.

Rapamitsinin məməlilərin qocalmasına təsirini izləmək üçün alimlər lipopolisaxarid-birləşdirici zülalın (LBP) səviyyəsini izləyib, çünki bu biomarker heyvanların bağırsaqlarında yaşla əlaqədar dəyişikliklərlə bağlıdır.

Tədqiqat göstərib ki, 3 aydan 6 ay yaşadək rapamitsin qəbul edən siçanlarda LBP-nin səviyyəsi aşağı olub, bu isə preparatın cavanlaşdırıcı təsirindən xəbər verir.

Alınan nəticələr göstərib ki, papamitsindən gənclikdə qısa müddətdə istifadə edilməsi ömrün xeyli uzadılmasına gətirib çıxarır.

Hələlik təcrübələr rapamitsinin "cavanlaşdırıcı" təsirinin döl milşəkləri və siçanlarda öyrənilməsinə yönəlib, lakin perspektivdə alimlər insanlarda da yaşəleyhinə preparatların maksimum optimal zamanın müəyyən edilməsilə məşğul olmağı planlaşdırır.

Eyni zamanda, rapamitsinin əksəriyyət immunosupressor və şişəleyhinə preparatlarda olduğu kimi xeyli yan təsirləri var. Bu, onlardan insanların istifadəsinə və hətta onlar üzərində sınaqdan keçirməyə mane olur.

Ayrı-ayrı təcrübələrdə alimlər rapamitsindən yalnız az dozalarda və ya onun daha az toksiki törəmələrindən istifadə edirlər.

"Klinikada istifadə edilən dozalar arzuolunmaz yan təsir törədə bilər, lakin preparatdan qocalığın qarşısını almaq məqsədilə istifadə etmək üçün yan təsirlər olmamalı və ya minimal olmalıdır", - bunu tədqiqat müəllifi Paula Yiriçiç qeyd edib.

Qeyd edək ki, 2019-cu ildə Amerika alimləri ilk dəfə rapamitsindən yerli terapiya üçün tətbiq ediləcəyi təqdirdə nəyin baş verəcəyini yoxlayıb.

Aparılan kliniki sınaqlarda iştirakçılar əllərinin birinə rapamitsin kremi, digərinə platsebo krem sürtüb. Bir neçə aydan sonra könüllülərin əksəriyyətinin dərisi həm zahirən, həm də daxildə köhnə hüceyrələrin miqdarı baxımından daha cavan olub. Bu işin nəticələri "GeroScience" jurnalında dərc edilib.