43 ildə 53 qadınla evlənən kişidən maraqlı tövsiyə

43 ildə 53 qadınla evlənən kişidən maraqlı tövsiyə

21 Sentyabr 2022 06:51
Bəyəndim (0) Bəyənmədim (0)

“Əsrin çoxarvadlısı” kimi tanınan, 43 ildə 53 qadınla evlənən səudiyyəli Əbu Abdullahın kişilərə verdiyi “həmişə özündən böyük qadınla evlən” tövsiyəsi böyük marağa səbəb olub.

Oxuməni.az xəbər veriri ki, daha çox səudiyyəli qadınlarla evləndiyini deyən Abdullah birinci həyat yoldaşının özündən böyük olduğunu açıqlayıb.

Onlar evlənəndə Abdullanın 20 yaşı, həyat yoldaşının isə 26 yaşı olub.

Bəzən xaricdə ezamiyyətdə olarkən tanış olduğu qadınlarla evləndiyini də etiraf edib:

"Üç-dörd ay xaricdə olurdum. Ona görə də özümü günahdan xilas etmək üçün ailə qururdum".

Abdullanın evliliklə bağlı tövsiyəsini isə belə əsaslandırıb:

“Həmişə özündən böyük arvad seç. Dünyada hər kişi bir qadına sahib olmaq və əbədi olaraq onunla qalmaq istəyər. Amma sabitlik gənc qadında deyil, yaşlı qadında olur”.

Sosial media platformasında paylaşılan bu hadisə böyük marağa səbəb olub. Bir çoxları Abdullahı tənqid edib. Digərləri isə səudiyyəlini "Leonardo Di Kaprio kimidir" deyərək ələ salıb.Bakupost.az