Səməd Səmədov haqda maraqlı faktlar - 16 yaşlı qızı qaçırdı...

Səməd Səmədov haqda maraqlı faktlar - 16 yaşlı qızı qaçırdı...

28 Avqust 11:24
212
Bəyəndim (0) Bəyənmədim (0)

Onun sağlığında haqqında daha çox tənqid eşidilirdi, nəinki xoş sözlər, Himnimizin müəllifini bilməyən Xalq artisti, şunuirdaaşıyan və s. Bəs o öləndən sonra ortada nə qaldlı? Biri var idi, Səməd Səmədov.

Oxuməni.az Oxu24.com-a istinadən xəbər verir ki, Səməd Səmədov 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhərə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur.

Hərbi xidmətdən qayıdan Səmədin qonşuluğunda yaşayan Zərifə adlı qızdan xoşu gəlir. On altı yaşı olan Zərifə ilə Səməd bir-birlərini sevirlər və ailə qurmaq qərarına gəlirlər. Ancaq ailələrinin etirazını görən Səməd Zərifəni qaçırdır. Onlar ailə qururlar. Bu evlilikdən cütlüyün Emin adlı oğlu doğulur.

Yeddi ildən sonra isə cütlük yollarını ayırır. Səməd Səmədov İradə adlı xanımla, Zərifə xanım isə başqa bir bəylə ailə həyatı qurur. Müğənninin ikinci evlilikdən bir qız, bir oğlu dünyaya gəlir.

Müğənninin ilk evliliyindən olan oğlu Emin polis işləyir. Uzun illərdən sonra ilk dəfə atasını görməkdən ötrü onun evinə gedir, ancaq Səməd bəy oğlunu qarşılamaq üçün qapıya çıxmır. Peşman halda evlərinə qayıdan Emin anasına deyir:

"Sən ilk dəfə idi ki, mənim başımı yerə soxdun".

Emin ömrünün ən gözəl çağında, 24 yaşında dünyasını dəyişir. Onun ölümü barədə isə Zərifə xanım müsahibələrinin birində deyir:

"Oğlum bir qızın namusunu qorumaq üçün 47 dəfə bıçaqlanıb. Atası oğlumun ölümündən 3 gün sonra yasa qırmızı pencəklə gəldi".

Ancaq Səməd Səmədov müsahibələrinin birində deyir:

"O, xanım məni, xəstə atamı və oğlumu atıb cavan oğlana qoşulub getdi. Oğluma 10 yaşına kimi anamla mən baxmışam. Sizcə, hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər? Canımın bir parçası olan övladımın ölümü məni necə sevindirə bilər? O ki qaldı oğlumun qəbrini ziyarət etməməyimə, mən çəkiliş qrupunu belə ora apardım. Oradakı molla bildirdi ki, Səməd müəllim ayda heç olmasa iki-üç dəfə oğlunun ziyarətinə gəlir. Onun həyat yoldaşını isə biz 8 il olar ki, burada görmürük. Oğlum Eminin qəbrini onun qırx mərasimi belə çıxmamış düzəltdirmişdim".

1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. 1992-ci ildə, Eldar Mansurovun Firuz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra xeyli məşhurluq qazanır.

Məclislərin birində Xalq artisti İlhamə Quliyeva Səməd Səmədova "Toylar kralı" titulu verdiyini deyir. Bundan sonra, doğurdan da, hər kəs onu bu ləqəblə çağırmağa başlayır. Müğənniyə olan toy tələbatı da günü-gündən çoxalır.

Səməd Səmədov "Gözlər, gözlər", "Ad günü", "Nazlı yarım", "Qayıt gəl" mahnıları ilə məşhurluq qazanıb.

Hərbi xidmətdən qayıdan Səmədin qonşuluğunda yaşayan Zərifə adlı qızdan xoşu gəlir. On altı yaşı olan Zərifə ilə Səməd bir-birlərini sevirlər və ailə qurmaq qərarına gəlirlər. Ancaq ailələrinin etirazını görən Səməd Zərifəni qaçırdır. Onlar ailə qururlar. Bu evlilikdən cütlüyün Emin adlı oğlu doğulur.

Bir dəfə isə Səməd Səmədovu aparıcı efirdə biabır edir. Müğənni Azərbaycan dövlət himninin müəlliflərini tanımır. Bu söhbətdən sonra əleyhinə danışanlar və yazanlar daha da çoxalır. "Dövlət himninin bəstəkarını tanımayan Xalq artisti" adlı yazılar yayılmağa başlayır.

Müğənni karyerası boyu Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı ilə duetlər ifa edib. Onun ən uzunmüddətli dueti Sevda Əliqızı ilə olub.

24 iyul, 2021-ci ildə Səməd Səmədov 74 yaşında koronavirusa yoluxduğu bildirilir və gözlənilmədən müalicə aldığı xəstəxanada dünyasını dəyişir. Həmkarı Sevda Əliqızının sözlərinə görə, sənət dostları Cavanşir Məmmədov, Əli Mirəliyev və Ədalət Şükürovdan başqa heç kim müğənninin dəfninə gəlmir.

Onun ölümündən sonra Səməd Səmədovla ən çox mübahisəsi olan, onu müğənni hesab etmədiyini, Xalq artisti adının ona yaraşmadığını deyən müğənni Əli Mirəliyev Səməd Səmədov dünyasını dəyişəndən sonra açıqlama verərkən deyir:

"Onun sağlığında qədrini bilmədim. Səmədin ölümündən sonra bir müddət, ümumiyyətlə, efirlərə çıxmadım. Heç kimlə danışmadım, heç kimə heç nə demədim. Düz adam idi. Heç kimin etmədiyini etdi. Xəstəxanadan zəng edib deyib ki, mən ölürəm, behi qaytarın. Hansı müğənni onu edərdi?

Milli.Az