Kişini ildırım vurandan sonra sağ qalıb və hava proqnozunu vermək qabiliyyəti qazanıb...

Kişini ildırım vurandan sonra sağ qalıb və hava proqnozunu vermək qabiliyyəti qazanıb...

22 Avqust 06:56
342
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu, gözqamaşdırıcı partlayışa bənzəyirdi, bundan sonra mən huşumu itirdim..."

Avstraliyanın Kvislend ştatının sakinini ildırım vurandan sonra iddia edib ki, o zamandan hava proqnozunu vermək qabiliyyətini qazanıb.

Oxuməni. az xəbər verir ki, bu barədə "Nine News" nəşri məlumat verib.

Hazirda 31 yaşı olan avstraliyalı yeddi il öncə həyat yoldaşı ilə birgə arı çalan qızını həkimə aparıb.

Yolda ailə buludların qaralmasını müşahidə edib.

Onlar tibb mərkəzindən çıxanda güclü yağış yağmağa başlayıb.

"Mən həyat yoldaşıma qızımızı maşının arxa oturacağına yerləşdirməyə kömək edirdim və taxta dəstəyi olan çətiri tutmuşdum.

İkinci barmağımın ucu çətirin metal hissəsində olub", - kişi xatırlayıb. Bu zaman onu ildırım vurub.

"Bu, gözqamaşdırıcı partlayışa bənzəyirdi, bundan sonra mən huşumu itirmişəm", - o, iddia edib.

Həyat yoldaşı tibb mərkəzinə kömək üçün gedib.

Qrin xəstəxanada özünə gəlib, harada olduğunu və nə baş verdiyini xatırlamayıb. Həm özü, həm də həyat yoldaşı şok keçirib.

Həkimlər onun vəziyyətini müşayiət edib və ertəsi gün o, xəstəxanadan evə yazılıb.

Zərbədən sonra bir neçə gün keçib, lakin kişi hələ də əlində arabir sancmalar hiss etməkdə davam edir.

İndi o, hesab edir ki, bu, ona havanı proqnozlaşdırmağa kömək edir. Tufandan öncə sancmalar güclənir, əli ağrımağa başlayır.