Ayda şok araşdırma – İnsanların yaşaya biləcəkləri mağaralar tapıldı

Ayda şok araşdırma – İnsanların yaşaya biləcəkləri mağaralar tapıldı

3 Avqust 2022 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) mütəxəssisləri Ayda insanların yaşamalarına imkan verən temperaturu olan mağaralar aşkar ediblər. Mağaralarda təxminən 17 dərəcə selsi temperaturun olduğu bildirilir.

Oxuməni.az xəbər verir ki, bu barədə NASA-nın rəsmi saytında məlumat verilib.

İlk dəfə peykin səthində dəliklər 2009-cu ildə müşahidə edilib. Yeni tədqiqatda elm adamları mağaraların Günəş radiasiyası, meteoritlər və kosmik şüalardan müdafiə edə bilməsinə görə bunların onları hara aparıb çıxardığını öyrənməyə qərar veriblər. Aşkar edilmiş çökəkliklərdən ikisi mağaralara və boşluqlara açılır.

Tədqiqatçılar temperaturu təhlil etmək üçün “Diviner” termal kamerasından istifadə ediblər. Təxminən 100 metr dərinlikdə yerləşən çökəklikdə süxurların temperaturunu təhlil etmək mümkün olub.

Məlum olub ki, daimi kölgəlik olan ərazilərdə Ay günü boyunca temperatur təxminən 17 dərəcə selsi səviyyəsində qalır.