Nəhəng quyu hər kəsi şoka saldı – Tədqiqatçılar hərəkətə keçdilər

Nəhəng quyu hər kəsi şoka saldı – Tədqiqatçılar hərəkətə keçdilər

3 Avqust 2022 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Alkaparrosa bölgəsindəki Lundin mədən sahəsinin yaxınlığında kortəbii şəkildə yaranan nəhəng, 200 metr dərinliyindəki quyu əvvəlcə geoloqların, sonra xəbəri eşidən hər kəsin diqqətini çəkib.

Oxuməni.az xəbər verir ki, olaydan dərhal sonra Kanada Milli Geologiya İnstitutunun tədqiqat qrupu dərhal işə başlayıb.

Mədən rəhbərliyi bölgədə bir müddətdir işin dayandırıldığını, quyunun onlarla əlaqəsinin olmadığını bildirib. Açıqlamada quyunun yaşayış məntəqələrindən ən azı 600 metr aralıda yerləşdiyi və buna görə də həyati risk yaratmadığı deyilib.

Quyunun necə yarandığı araşdırmadan sonra müəyyənləşəcək. Elm adamlarına görə, quyu təbii hadisə nəticəsində açılmış ola bilər.