
Terminator geri qayıdır
Məşhur kino
aktyor Arnold Şvartseneqqer Terminator haqqında yeni bir filmdə çəkilməyə
razılıq verib.
"Lenta.ru" saytının verdiyi məlumata görə, hazırda sayca beşinci olacaq bu
filmin istehsal hüquqlarına alıcı axtarılır.
İstehsal hüququ üçün güman edilən məbləğ 29,5 milyon dollardır. Potensial alıcı
olaraq Universal, Sony və Lionsgate və CBS Films şirkətləri çıxış edir. Filmin
quruluşçu rejissoru olaraq isə "Forsaj 5" filmini yenicə bitirən Castin Linin
adı çəkilir.
Qeyd edək ki, Amerika qanunlarına görə, Terminatorun hüquqları 2018-ci ildə
filmin orijinalının yaradıcısı olan Ceyms Kemerona qaytarılır. Lakin Ceyms
Kemeron bundan öncə dəfələrlə bəyan edib ki, bu filmə yenidən qayıtmaq fikrində
deyil. Çünki bu ekran əsərinin imkanları tükənib.