Qanuni Sultanın bu gün ad günüdür
Bu gün Qanuni Sultan Süleymanın 516-cı doğum günüdür Budur, ad günündə Möhtəşəm Süleymanın möhtəşəm həyatının kiçik bir xülasəsi...
Yəqin ki, məşhur serialı izləyənlərdə müəyyən qədər vizual təsəvvür yaranacaq. Baxmayanlar, sadəcə tarixlə maraqlananlar isə söhbətin nədən getdiyini dərhal anlayacaqlar.
I Süleyman və ya Sultan Süleyman
Qanuni, ya da bir çox qərb ölkələrində bilindiyi adla Möhtəşəm Süleyman onuncu
Osmanlı padşahı və 89-cu İslam xəlifəsidir. Bundan başqa,
I Süleyman 10-cu Osmanlı Sultanı olması səbəbi ilə "10 nömrəni
tamamlayan" mənasını verdiyi üçün ona Saibül Aşereril Kamilet
deyilmişdi. I Süleyman Türkiyənin Trabzon
şəhərində 27 Aprel 1495-ci ildə anadan olub. Atası
I Səlim, anası isə Ayişə Hafısa Sultan idi. Yeddi yaşında
ikən elm, tarix, ədəbiyyat, din və hərbi taktikalar öyrənməsi üçün o, İstanbula - Topqapı
sarayına göndərilir. Din dərsi xaricində Karakızoğlu Hayrüddindən tarix,
ədəbiyyat və ana dili dərsləri alır. Gənc yaşlarında parqalı İbrahim
paşanın yoldaşı olur. Gələcək Sultanın xüsusi peşəsi zərgərlik idi. Süleyman Şebinkarahisar və Boluya
təyinini istəyir. Lakin Amasiya rəhbəri əmisi şahzadə Əhməd bu istəyə narazılığını
bildirir. Odur ki, 1509-cu ildə Krımda olan Kefe qubernatorluğuna təyin
edilir. 1512-ci ildə atası I Səlimin taxta çıxması ilə Manisa
qubernatorluğuna təyin edilir. Atası Səlim 1520-ci ildə ölür, Süleyman
Manisadan İstanbula gələrək taxta çıxır (30 Sentyabr 1520). Qanuni Sultan müvəffəqiyyətli əsgər,
qüdrətli olaraq qəbul edilən dövlət adamı, nadir rast gəlinən dövlət
təşkilatçısı idi. "Qanuni" adı ona qanunları yeniləyib, əlavə
qanunlar edib, bunlara əhəmiyyət verdiyi üçün verildi. Osmanlının hər növ
quruculuğu bu dövrdə yüksəldi. Bundan başqa, müvəffəqiyyətli bir şair olan
I Süleymanın yüzlərlə qəzəli də mövcuddur. Qanuni beləcə, divan
ədəbiyyatının qəzəl rekordunu qırmışdı. İlk olaraq 1521-ci ildə Belqrad, daha
sonra 1522-də Rodos, 1526-cı ildə Mohaç, 1534-də Bağdad, Təbriz, 1538-ci ildə
Boğdanın hamısı, 1541-də Macarıstanın hamısı, 1543-də Estergon, 1551-də
Trablusqarp, 1553-də Səfəvi torpaqlarının bir qismi, 1566-da isə Zigetvar
I Süleyman tərəfindən fəth edildi. O, I Səlimdən təhvil aldığı
6.557.000 km-lik vətəninin sahəsini 46 il ərzində 14.893.000 km-ə
çatdırdı (Avropada 1.998.000 km, Asiyada 4.169.000 km, Afrikada
da 8.726.000 km
olmaqla). Lakin Zigetvar fəth edilmədən 1 gün əvvəl - 6 sentyabr
1566-cı ildə vəfat etdi. 45 il 3 ay 7 gün padşahlıq etdi. Səltənətinin 2745 gününü
(7,5 il) at belində səfərlərdə keçirtdi. 13
böyük səfərində at üzərində təxminən 43000 kilometrə qədər
məsafə qət etdi. 21 əyalət və 250 bayraqdan ibarət olan Osmanlı Dövlətinin
çox geniş sərhədlərinin ucu-bucağı görünmədi. Şanlı Türk
tarixinin əfsanəvi səhifələrini yazan Sultan Süleyman bir rus qızına uyaraq
sarayında bir çox faciələrə səbəb olmuşdu. Göründüyü kimi, Sultanların da zəif
yerləri olur... Günel Həbib O.M.