VİDEO: Bu gün “Beynəlxalq Öpüş Günü”dür

VİDEO: Bu gün “Beynəlxalq Öpüş Günü”dür

6 İyul 2012 13:07
Bəyəndim (0) Bəyənmədim (0)
İlk busə və öpüş haqda maraqlı məlumatlar

Bu gün bütün dünyada "Beynəlxalq Öpüş Günü (World Kiss Day və ya World/International Kissing Day)" qeyd olunur. Bu tarix ilk dəfə Böyük Britaniyada qeyd olunub. 20 il əvvəl isə BMT tərəfindən qəbul olunub. Calend.ru-nun məlumatına görə, 06 oyul öpüş günü münasibətilə hər il dünyanın müxtəlif ölkələrində müxtəlif yarışmalar, viktorinalar, festivallar keçirilir. Qaliblərə müxtəlif mükafatlar və hədiyyələr verilir.

Öpüş və ya busə nə zaman yaranıb? Təbii ki, onun ilk müəllifi bəlli edil. O, telefon və ya cərəyan kimi bir və ya bir neçə nəfər tərəfindən kəşf edilməyib. Ona görə də müəllifin adı ilə əbədiləşməyib. Ümumiyyətlə, dodaqların rəqsini əks etdirən hərəkətin necə adlandırılmasından asılı olmayaraq, öpüş bütün insanların həyatda dəfələrlə qarşılaşdığı haldır. Onun nə üçün baş verdiyi haqda müxtəlif fərziyyələr mövcuddur.

Məşhur öpüşənlər

1990-cı ilin 15 sentyabr günü ABŞ-ın Minnesota ştatında təşkil olunan festivalda A.E.Volfram adlı şəxs 8 saat ərzində dayanmadan 8001 nəfəri öpə bilib. O, hər 3.6 saniyədə yeni bir adamdan busə qoparmağa nail olub.

Ekranda ilk öpüş

İlk dəfə 1896-cı ildə Mey İrvin və Con Raye adlı aktyorlar Tomas Edisonun "Busə" adlı 30 saniyəlik rolikində öpüşüblər.

Ən çox busəli film

"Warner Bros. Pictures" kompaniyasının 1926-cı ildə çəkdiyi "Don Juan" filmində 191 dəfə öpüş əməliyyatı qeydə alınıb.

Kinoda ən uzun öpüşmə

1940-cı ildə lentə alınmış "You’re in the Army Now (Sən indi ordudasan)" filminin 4%-i öpüşdən ibarətdir. Başqa sözlə desək, Recis Tumi və Ceyn Vaymen kinoda dayanmadan 185 saniyə öpüşüblər.

Əlbəttə ki, bütün hallarda göstəricilər sənət əsərlərindən gedir, əxlaqsız filmlərdən deyil.

Biz də "Beynəlxalq Öpüş Günü" münasibətilə hər kəsi öpüb bağrımıza basır, hamıya saf və əbədi məhəbbətin öpüşünü duymağı arzulayırıq.

Mayıl İsmayılov

O.M.