Alimlər ömrü təxminən dörddə bir uzatmağın sadə yolunu açıqlayıblar
Daha sürətli templə yeriyən insanların bütün səbəblərdən ölüm riski daha aşağıdır. Norveçin Trondheym şəhərindəki Təbiət Elmləri və Texnologiya Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Oxuməni. az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Network Open elmi jurnalında dərc olunub.
Tədqiqatçılar yazırlar ki, yerimə sürəti və addım tezliyi gündəlik addım sayına düzəliş edildikdən sonra da bütün səbəblərdən ölüm göstəricisi ilə davamlı əlaqə nümayiş etdirib. Araşdırmaya Rayan Həddac rəhbərlik edib.
Tədqiqat çərçivəsində alimlər 1980-ci illərin sonlarında başladılmış sağlamlıq araşdırması layihəsində iştirak edən 4 mindən çox britaniyalı dövlət qulluqçusunun məlumatlarını təhlil ediblər. Tədqiqat zamanı iştirakçıların orta yaşı təxminən 69 olub. Onlar hər dörd-beş ildən bir klinik müayinələrdən keçiblər. 2012 və 2013-cü illərdə isə iştirakçıların yerimə sürəti ölçülüb, gəzinti zamanı dəqiqədə atdıqları addımların sayını müəyyən etmək üçün xüsusi cihazdan istifadə olunub.
Nəticələrə görə, daha sürətli yerimək tədqiqat dövründə ölüm riskinin 23% aşağı olması ilə əlaqələndirilib. Addım tezliyinin daha yüksək olması isə ölüm riskinin 17% azalması ilə bağlı olub.
Nyu-Yorkdakı Staten-Aylend Universitet Xəstəxanasının tibb şöbəsinin müdiri, doktor Teodor Strencin sözlərinə görə, bunun bir çox səbəbi ola bilər. Sürətli yerimək insanın daha az xroniki xəstəliklə yaşadığını və mövcud xəstəliklərinin daha yaxşı nəzarətdə saxlanıldığını göstərə bilər. Bununla belə, sağlamlıq vəziyyəti pisləşdikdə yerimə sürəti azalan ilk funksional göstəricilərdən biri ola bilər.
“Yəqin ki, klinik şəraitdə ölçülən daha yüksək yerimə sürəti daha yaxşı sağlamlıq vəziyyəti ilə əlaqəlidir. Yerimə sürəti azaldıqda isə yıxılma, fiziki zəiflik, idrak qabiliyyətlərinin zəifləməsi, nəticədə xəstələnmə və ölüm riskləri arta bilər”, – deyə o, Medical Xpress nəşrinə bildirib.
Yerimə tempini artırmaq istəyənlərə Strenc əvvəlcə özləri üçün rahat olan sürətlə başlamağı, daha sonra isə dəqiqədə atılan addımların sayını tədricən artırmağı tövsiyə edir. “Yəqin ki, büdrəmə riski baxımından qısa addımlar uzun addımlardan daha təhlükəsizdir”, – deyə o əlavə edib. Yeriyərkən düzgün duruşa da diqqət yetirmək vacibdir: dik dayanmaq, çiyinləri arxaya çəkmək, bədəni rahat saxlamaq və qolları hərəkət etdirmək lazımdır.
Strencin sözlərinə görə, gündə mütləq 10 min addım atmaq tələb olunmur. “Məsləhətim odur ki, olduğunuz səviyyədən başlayın və bir neçə gün ərzində hazırda neçə addım atdığınızı izləyin. Sonra bu rəqəmi 5–6 minə çatdırın, daha sonra isə gündə 7–8 min addıma yüksəlməyə çalışın”, – deyə o bildirib.
“Əgər gündə 10 min addım atmaq üçün vaxtınız, imkanınız və vəsaitiniz varsa, bu, əlbəttə, əladır. Amma düşünürəm ki, hədəflənməli olan göstərici gündə 7–8 min addımdır”, – deyə Strenc vurğulayıb.
Almaz Həsənli








.jpg)

















.jpg)







.jpg)























.jpg)

















.jpg)
.jpg)






.jpg)











