Alimlər qocalan beyni yaddaş itkisindən qorumağın yolunu tapıblar
Alimlər müəyyən ediblər ki, sinir liflərinin ətrafında miyelin qişası yaradan və beyni qoruyan hüceyrələr yaş artdıqca yaddaşın və digər koqnitiv funksiyaların zəifləməsi ilə əlaqəli dəyişikliklərə özləri də səbəb ola bilərlər.
Oxuməni. az-ın məlumatına görə, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.
Araşdırmanı Edinburq Universitetinin və Britaniyanın Demensiya Araşdırmaları İnstitutunun mütəxəssisləri aparıblar.
Tədqiqatçılar 1936-cı il təvəllüdlü Lothian kohortunun iştirakçıları barədə məlumatları araşdırıblar. Onların koqnitiv qabiliyyətləri onilliklər ərzində izlənilib. 70-82 yaş arasında könüllülər yaddaş, informasiyanın emal sürəti və məkan bacarıqları üzrə testlərdən keçiblər.
Daha sonra alimlər bu nəticələri ölümündən sonra götürülmüş beyin toxuması nümunələrində aşkar edilən xüsusiyyətlərlə müqayisə ediblər. Koqnitiv qabiliyyətləri daha sürətlə zəifləyən insanlarda iri sinir liflərinin daha az olduğu və miyelinin bütövlüyünün pozulması əlamətləri müəyyən edilib.
Tədqiqatçılar bu dəyişiklikləri miyelin istehsal edən beyin hüceyrələri — oliqodendrositlərlə əlaqələndiriblər. Koqnitiv funksiyaları daha sürətlə zəifləyən insanların bu hüceyrələrində hüceyrələri zədələnmədən qoruyan mexanizmləri tənzimləyən NRF2 zülalının daha az olduğu müəyyənləşdirilib.
Siçanlar üzərində aparılan təcrübələr də mümkün əlaqəni göstərib: oliqodendrositlərdə NRF2 aktivliyi azaldıqda heyvanlarda miyelin və sinir liflərində dəyişikliklər baş verib.
Tədqiqat müəlliflərinin sözlərinə görə, qocalma zamanı oliqodendrositlər elə bir vəziyyətə keçə bilərlər ki, onların fəaliyyəti beyin üçün zərərli xarakter daşımağa başlayır. Alimlər hesab edirlər ki, əldə olunan nəticələr qocalma zamanı beyni qorumağın yeni yollarının axtarışına kömək edə bilər.
Almaz Həsənli


.jpg)
.jpg)
.jpg)




























.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)

























































