SpaceX və Nvidia kosmosda süni intellekt mərkəzi yaradacaq

SpaceX və Nvidia kosmosda süni intellekt mərkəzi yaradacaq

13:51
Bəyəndim (0) Bəyənmədim (0)

SpaceX və Nvidia, yeni süni intellekt (Sİ) sistemlərinin inkişafı üçün kosmosda peyk texnologiyaları və hesablama gücündən istifadəyə imkan verəcək kosmik süni intellekt məlumat mərkəzi yaradacaq. Oxuməni.az xəbər verir ki, bu barədə SpaceX korporasiyası "X" sosial şəbəkəsində məlumat yayıb.

Aerokosmik korporasiya SpaceX texnologiya şirkəti Nvidia ilə strateji tərəfdaşlıq etdiyini elan edib. Onlar süni intellekt üçün kosmik məlumat mərkəzi üzərində birgə işləyəcəklər.

SpaceX-in qeyd etdiyi kimi, söhbət "Starmind AI1" peykləri üçün avadanlıqların hazırlanmasından gedir. Onların hər biri "NVIDIA Rubin" qrafik prosessorları və "NVIDIA Vera" mərkəzi prosessorları ilə təchiz olunacaq.

SpaceX ilk "AI1" peyklərini 2027-ci ilin əvvəlində orbitə çıxarmağı planlaşdırır. Korporasiyanın məlumatına görə, peyklərin hər biri süni intellekt tapşırıqları üçün təxminən 120 kVt hesablama gücü təmin etmək qabiliyyətinə malikdir.

Almaz Həsənli