Əməliyyat olmadan oynaq qığırdağını sürətli bərpa etməyin yolu tapılıb
Kolorado Universitetinin (UC) tədqiqatçıları osteoartritlə zədələnmiş oynağı protezlə əvəz etmədən inyeksiya vasitəsilə bərpa etməyə imkan verən üsul hazırlayıblar. Bu barədə Oxuməni.az “Qazeta.ru”ya istinadla xəbər verir.
İşə Kimya və Bioloji Mühəndislik kafedrasının professoru Stefani Brayant rəhbərlik edir. Komanda paralel olaraq iki yanaşmanı araşdırır. Birincisi — FDA tərəfindən təsdiqlənmiş dərmanın xüsusi mikropartikullar sistemində inyeksiyasıdır: ilkin məlumatlara görə, bu üsul oynaq səthini dörd-səkkiz həftə ərzində bərpa etməyə imkan verir. İkincisi — mühəndislik zülallarının artroskopik yolla, yəni minimal kəsik vasitəsilə daxil edilməsidir ki, bu da oynaq qığırdağını və altındakı sümüyün regenerasiyasını stimullaşdırır.
Osteoartrit dünya üzrə yüz milyonlarla insanı əhatə edir və 50 yaşdan yuxarı şəxslərdə əlilliyin əsas səbəblərindən biridir. Son mərhələlərdə standart müalicə tam endoprotez qoyulmasıdır, yəni oynağın metal və ya polimer implantla əvəz olunmasıdır. Bu əməliyyat risklərlə, uzun reabilitasiya müddəti ilə və protezin məhdud ömrü ilə əlaqəlidir. Oynağın əvəz olunmadan müalicə olunması terapevtik perspektivləri əsaslı şəkildə dəyişir.
İnsanlar üzərində klinik sınaqlar 18 ay ərzində planlaşdırılır. Kommersiyalaşdırma Renovare Therapeutics Inc. şirkəti tərəfindən həyata keçirilir.
Almaz Həsənli













.jpg)
.jpg)

.jpg)













































































