“Unitree”-nin yaradıcısı humanoid robotların inkişafını qiymətləndirib

“Unitree”-nin yaradıcısı humanoid robotların inkişafını qiymətləndirib

12:50
Bəyəndim (3) Bəyənmədim (0)

Müasir humanoid robotların inkişaf səviyyəsi on yaşlı uşağın bacarıqları ilə müqayisə oluna bilər. Bu fikri Çinin “Unitree Robotics” şirkətinin təsisçisi Van Sinsin bildirib. Oxuməni.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onun sözlərini "Syaosyan Çenbao" qəzeti sitat gətirir.

Onun qiymətləndirməsinə görə, illik texnoloji sıçrayışlara baxmayaraq, insanabənzər maşınların kütləvi tətbiqi üçün vaxt tələb olunacaq – ən azı 3-5 il və ən çox on il.

Daha əvvəl “Unitree Robotics” robotları bu il fevralın 17-də qeyd olunan Çin Yeni ili şərəfinə keçirilən qala-konsertdə yeni imkanlar nümayiş etdirmişdilər. Humanoidlər döyüş sənətləri elementləri, akrobatik fəndlər, parkur, eləcə də "sərxoş boks" fəndləri və nunçaklarla işləməyi göstərmişdilər ki, bu da ötən illə müqayisədə nəzərəçarpacaq irəliləyişin sübutu idi.

Bundan əlavə, Van Sinsin "Tsailyan" agentliyinə bildirib ki, şirkət 2026-cı ilin sonuna qədər bazara 20 minə qədər insanabənzər robot çıxarmağı planlaşdırır.

Almaz Həsənli