Tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli baş elmi işçi vəzifəsinə təsdiq edilib
AMEA-nın Tarix və Etnologiya İnstitutunda istedadlı kadrların irəli çəkilməsi prosesi davam edir. Belə ki, tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin baş elmi işçisi vəzifəsinə irəli çəkilib.
Oxuməni.az xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev redaksiyamıza verdikləri açıqlamada bildiriblər.
Tarixçilər qeyd ediblər ki, Güntəkin Nəcəfli uzun illərdir Tarix və Etnologiya İnstitutunda çalışır və səmərəli fəaliyyəti ilə daim diqqəti cəlb edib. Məhz bu yüksək keyfiyyətlərinə görə, Prezident İlham Əliyevin 2012-ci il 25 may tarixli Sərəncamı ilə Güntəkin Nəcəfli Dövlət Mükafatına layiq görülüb.
Nazim Xəlilov və Elnur Nəciyev xatırladıblar ki, Güntəkin Nəcəfli 1998-ci ildə “XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə əlaqələri” mövzusunda namizədlik dissertasiyası, 2024-cü ildə isə “Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq fəaliyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İstedadlı tarixçinin elmi rəhbəri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur.
Hər iki tarixçi yüksək vəzifəyə irəli çəkilməsi münasibəti ilə Güntəkin xanımı ürəkdən təbrik edərək ona yeni-yeni uğurlar arzulayıblar.
Əziz MUSTAFA



































.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)





























