Qəhvənin qaraciyər və böyrəklər üçün gözlənilməz faydası aşkarlanıb

Qəhvənin qaraciyər və böyrəklər üçün gözlənilməz faydası aşkarlanıb

12:00
Bəyəndim (3) Bəyənmədim (0)


Çinli alimlər müəyyən ediblər ki, qəhvənin müntəzəm istehlakı böyrək və qaraciyər xəstəlikləri riskini azalda bilər. Bu təsir, kofein və ya ayrı-ayrı maddələrlə deyil, içkinin bioloji aktiv birləşmələrinin metabolitləri ilə əlaqələndirilir.
Oxuməni.az-ın məlumatına görə, tədqiqatın nəticələri “Food & Function” (F&F) jurnalında dərc olunub.
Müəlliflər, içkinin hansı komponentlərinin həqiqətən qan dövranına daxil olduğunu, bağırsaq mikrobiotası tərəfindən necə emal olunduğunu və hansı emal olunmuş molekulların güclü bioloji təsirə malik olduğunu araşdıran əvvəlki tədqiqatları təhlil ediblər. Nəticələr göstərib ki, xüsusilə xlorogen turşularının, diterpenlərin və digər birləşmələrin metabolitləri güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir.
Böyük kohort və klinik tədqiqatların sistemli məlumatları göstərir ki, qəhvənin müntəzəm istehlakı sirroz, hepatosellüler karsinoma, qeyri-alkoqol piylənmə xəstəliyi və xroniki böyrək xəstəlikləri riskinin aşağı olması ilə əlaqələndirilir. Alimlərin fikrincə, bu zaman əsas rol içkinin ilkin molekulları deyil, qanda dövr edən və toxumalara təsir edən onların çevrilmə məhsulları oynayır.
Qoruyucu təsirin gücünə hazırlama üsulu da təsir edir: filtrasiya, qovurma dərəcəsi və üyütmə aktiv birləşmələrin konsentrasiyasını və onların bioloji əlçatanlığını dəyişir. Tədqiqatçılar həmçinin əhəmiyyətli fərdi dəyişkənliyi vurğulayırlar – maddələr mübadiləsinin genetik xüsusiyyətləri və bağırsaq mikrobiotasının tərkibi qəhvənin göstərdiyi təsiri müəyyən edə bilər.
Almaz Həsənli