Azərbaycanın nümayəndəsi dünyanın ən nüfuzlu alimləri siyahısına daxil olub – FOTO
Almaniyadakı fəal Azərbaycan diasporunun nümayəndələrindən biri, Elxan Riçard Sadıqzadə, çoxillik elmi fəaliyyətinə görə dünyanın ən nüfuzlu alimlərinin reytinq cədvəlinə (Career-Long Impact) daxil edilib.
Oxuməni.az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunur ki, azərbaycanlı alim həmçinin 2022-ci ildən ABŞ-ın Stenfrod Universiteti və dünyanın ən böyük elmi nəşrlərindən biri olan Elsevier tərəfindən hazırlanan "Top 2% Scientists" reytinqinə daxildir.

Onun elmi fəaliyyəti artıq dördüncü ildir ki, "Yeni texnologiyaların tətbiqi iqtisadiyyatı" istiqaməti üzrə "Single Year Impact" kateqoriyasında yüksək qiymətləndirilir.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Köln şəhərində keçirilmiş Avropada yaşayan Azərbaycan mühəndislərinin Forumunun təşkilat komitəsinin sədri, Elxan Riçard Sadıqzadə Almaniya, Koreya Respublikası, Cənubi Afrika Respublikası və İtaliya Respublikası universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Avropa İqtisadiyyatı Mərkəzinin təsisçisi və rəhbəridir. O, çoxsaylı elmi layihələrin, yeni iqtisadi nəzəriyyələrin müəllifi, həmçinin müxtəlif qrant müsabiqələrinin qalibidir.
Oxuməni.az



























.jpg)
.jpg)
.jpg)



























.jpg)
.jpg)
.jpg)

























.jpg)








.jpg)