Alim deyir ki, şüur zaman və məkandan əvvəl yaranıb
Şüur kainatın fundamental elementi ola bilər, məkan, zaman və materiya isə ondan yaranır.Bu nəzəri modeli Uppsala Universitetinin materialşünaslıq üzrə professoru Maria Strömme təqdim edib.
Oxuməni.az xəbər verir ki, elmi araşdırma “AIP Advances” jurnalında dərc olunub.
Nanotexnologiya sahəsində tədqiqatlar aparan Strömme, özünün ənənəvi elmi ixtisasından kənara çıxan bir konsepsiya təklif edib. Məqalədə o, şüurun beynin yan məhsulu deyil, materiya və zamandan tutmuş həyat və kainatın quruluşuna qədər bütün müşahidə olunan hadisələrin əsasını təşkil edən fundamental sahə kimi qəbul edildiyi bir model təsvir edir.
Müəllifin sözlərinə görə, bu ideya bir zamanlar Albert Eynşteyn, Ervin Şrödinger, Verner Heyzenberq və Maks Plank tərəfindən müzakirə olunan yanaşmaların inkişafıdır.
"Bu, şüurun birinci gəldiyi, zaman, məkan və materiya kimi strukturların isə sonradan yarandığı bir nəzəriyyədir. Bu, fizika dilində bizim yaşadığımız reallığın mexanizmlərini təsvir etmək cəhdidir," - deyə Strömme qeyd edib.
Təqdim olunan model kvant fizikası və qeyri-dual fəlsəfənin elementlərini birləşdirir. Bu modeldə fərdi şüur vahid, əlaqəli sahənin bir hissəsi kimi qəbul edilir. Müəllifin fikrincə, telepatya və ya kliniki ölüm zamanı yaşanan təcrübələr kimi bir sıra hadisələr bu cür yanaşmada izah olunmayan anomaliyalar deyil, vahid şüur sahəsinin mümkün təzahürləri kimi qəbul edilə bilər.
Məqalədə fizika, neyroelm və kosmologiya üçün bir neçə yoxlanıla bilən proqnoz verilir ki, bu da Strömmenin iddialarına görə, modeli müasir elmin çərçivəsində potensial olaraq test edilə bilən hala gətirir. Tədqiqatçı həmçinin fərdi şüurun ölümündən sonra yarandığı ümumi sahəyə qayıtdığı hipotezini kvant-mexaniki terminlərlə ifadə edir.
Dini və ruhani ənənələrlə fəlsəfi paralellərə baxmayaraq, Strömme vurğulayır ki, onun işi fizikanın riyazi aparatına əsaslanır.
"Dünya dinlərinin mətnləri əlaqəli şüur formalarını metaforik şəkildə təsvir edir. Erkən kvant fizikləri elmi yolla oxşar nəticələrə gəlib çıxıblar. İndi müasir elmin bu məsələyə ciddi yanaşma vaxtıdır," - deyə tədqiqatçı yekun vurub.
Almaz Həsənli




























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)































.jpg)