Alimlər kainatdakı kosmik tozun rolu haqqında təəccüblü kəşf ediblər
Alimlər müəyyən ediblər ki, kosmik toz hissəcikləri kainatda həyatın yaranması üçün lazım olan mürəkkəb molekulların formalaşmasında həlledici rol oynayır.
Oxuməni.az-ın verdiyi məlumata görə, "The Astrophysical Journal" jurnalında dərc olunan tədqiqata əsasən, mineral toz katalizator kimi çıxış edir ki, bu da karbon qazı və ammiak kimi sadə molekulların hətta ekstremal soyuq və vakuum şəraitində də həyatı dəstəkləyə bilən mürəkkəb birləşmələr əmələ gətirməsinə imkan verir.
Tədqiqat göstərib ki, sidik cövhəri və həyat üçün vacib olan digər molekulların kimyəvi prekursoru hesab edilən ammonium karbamatının əmələ gəlməsi reaksiyaları kosmik tozun iştirakı olmadan olduğundan daha effektiv olub.
Bu kəşf tozun astrofizikada indiyə qədər düşünüləndən daha aktiv rol oynadığını, mürəkkəb üzvi birləşmələrin yaranması və həyatın potensial başlanğıcı üçün lazım olan kimyəvi proseslərin inkişafına kömək etdiyini göstərir.
Laboratoriyada, lazerlə buxarlanma üsulu ilə əldə edilmiş məsaməli silikat dənələrindən ibarət təbəqə ilə ayrılmış nazik karbon qazı və ammiak təbəqələrindən ibarət tozlu sendviçlər kosmik tozun real analoqu olub.
Nümunələr –260 °C temperaturda (ulduzlararası buludlara bənzər) dondurulduqda və təxminən –190 °C-yə (bu buludların planetöncəsi disklərə çevrilməsi zamanı yaranan şərait) qədər qızdırıldıqda, molekullar toz təbəqəsindən keçərək ammonium karbamatı əmələ gətirmək üçün reaksiya veriblər.
Eyni zamanda, toz təbəqəsi olmadan buzlu molekullar o qədər də aktiv reaksiya verməyib.
Tədqiqatçılar digər molekulların da eyni şəkildə əmələ gəlib-gəlmədiyini və tozla idarə olunan bu kimyəvi reaksiyaların hazırda yeni planetlərin doğulduğu planetöncəsi disklərdə baş verib-vermədiyini müəyyən etməyi planlaşdırırlar.
Almaz Həsənli







































































.jpg)











.jpg)
.jpg)





