Azərbaycanda dənizdə kəşfiyyat işlərinə 45 mlrd dollar xərclənilib

Azərbaycanda dənizdə kəşfiyyat işlərinə 45 mlrd dollar xərclənilib

7 İyun 2012 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzərin Azərbaycan hissəsində son 20 il ərzində aparılan kəşfiyyat işlərinə 45 mlrd. dollar həcmində vəsait yönəldilib. Apa-nın verdiyi məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, ümumilikdə 18 perspektiv strukturda məcmu uzunluğu 159 min metr olan 34 kəşfiyyat quyusu qazılıb. Kəşfiyyat işləri "Şahdəniz", "Abşeron", "Yanan Tava", "Qarabağ" və s. strukturlarda aparılıb. Dənizin dərinliyi 14 metrdən 740 metrədək olub.
X.Yusifzadə qeyd edib ki, aparılan kəşfiyyat işlər nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları 2,775 mlrd. ton artıb: "Dünya praktikasında kəşfiyyatın müsbət nəticə vermə göstəricisi 30% olduğu halda, Azərbaycanda bu rəqəm 50%-dən artıq olub".

O.M