Azərbaycan və Türkiyə nazirləri Qarabağa getdi

Azərbaycan və Türkiyə nazirləri Qarabağa getdi

18 Mart 2021 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli işğaldan azad olunmuş bölgələrdə səfərdədir.

Oxuməni.az xəbər verir ki, nazir bu gün Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə birgə Füzuli, Cəbrayıl və Zəngilana yollanıblar.

Onlar Cəbrayıl rayonunda azad olunmuş yeni əkin sahəsinə də baxış keçirəcəklər.

Qeyd edək ki, Bekir Pakdemirli azad olunmuş ərazilərə səfər edən ilk xarici nazirdir.