Bu gün “Bolmart”da bol sürprizlər günüdür

Bu gün “Bolmart”da bol sürprizlər günüdür

1 İyun 2012 19:09
Bəyəndim (0) Bəyənmədim (0)
Alıcılar, əsasən də uşaqlar bol hədiyyə yağışına tutuldular

Xəbər verdiyimiz kimi, 01 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Bakının "Bolmart" ticarət mərkəzində bayram tədbiri keçirildi. Adi iş günü olmasına baxmayaraq, hər kəs bayram əhval-ruhiyyəsində idi. Ticarət mərkəzində nağıl personajları və klounlar uşaqları əyləndirirdilər. Valideynlər isə bol endirim kampaniyasından faydalanırdılar. Belə ki, 01 iyun tarixindən "Bolmart"-ın endirim kartları qüvvəyə minmişdi.

Kassalarda haqq-hesablaşan müştəriləri mərkəzin çıxışında başqa bir sürpriz gözləyirdi. İstisnasız olaraq hər kəsə hədiyyələr təqdim olunurdu. Daha dəqiq desək, bağlamalarda uşaqlara maraqlı təamlar və oyuncaqlar, böyüklərə isə ərzaq dolu paketlər verilirdi. Bir sözlə, saat 12:00-dan 19:00-dək keçirilən aksiyada kiçikdən böyüyədək hər kəs öz hədiyyəsini aldı.

Bol çeşid, yüksək keyfiyyət, nümunəvi xidmət və inanılmaz ucuzluqla bolluğa çalışan "Bolmart" fərqli sürprizləri ilə də boldur.

O.M.