
Sabah hava qeyri-sabit keçəcək, temperatur 30 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq. Mayın 26-27-də respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
O.M.
Digər xəbərlər