Sabah qısamüddətli yağış yağacaq, havanın temperaturu 33 dərəcəyədək yüksələcək

Sabah qısamüddətli yağış yağacaq, havanın temperaturu 33 dərəcəyədək yüksələcək

17 May 2012 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
O.M.